Xaçmazdan olan etibarlı mənbənin verdiyi məlumata görə rayonda aparılan tikintilər üçün verilən sərəncamlar rüşvət müqavilində həyata keçirilir.
O qeyd edib ki, şəhərin H.Əliyev praspektində inşa olunan 4 mərtəbəli yaşayış binasının inşa edilməsi üçün Mehman adlı yerli sahibkardan 25 min manat pul alınıb.
Bundan başqa rayonun müxtəlif ərazilərində tikilən iaşə obyektlərinin sərəncamları da müəyyən rüşvət müqavilində verilir. Növbəti yazımızda o barədə ətraflı bəhs edəcəyik.
Məsələ ilə əlaqədar olaraq adı hallanan memar Kamil Gəncəliyevlə əlaqə saxlayıb məsələ barədə münasibətini öyrənmək istədik. O bir neçə cümləlik yayındırıcı cümlələrlə faktı inkar etdi: “Elə bir şey yoxdur qardaş. Ola bilməz. Mümkün deyil. Gələrsiz görüşüb danışarıq”.
Xaçmaz RİH nə bir sual verən lazımdırki H.Əliyev praspektindəki hündürmərtəbəli yaşayış binalarının inşa edildiyi kompleksin sərəncamı necə alınıb?
Daha doğrusu necə alınmalı idi və necə alınıb? Onlar bu suala cavab verməydə yəqinki çətinlik çəkərlər.
Xaçmaz RİH-nin memarlıq şöbəsindəki mexanizm ənənəsi olduqca maraqlı və kriativdir.Rəsmi sənədlərdə rayonun baş memarı Kamil Gəncəliyev adlı şəxs olmasına baxmayaraq şöbənin bütün səlahiyyətləri və möhürü Vüqar Nağiyev adlı şəxsdədir.
Qeyd edək ki, Vüqar Nağiyev icra başçısı Elnur Rzayevin özü ilə rayona gətirdiyi şəxslərindədir. Əvvəl onun RİH-də birinci müavin vəzifəsinə təyin ediləcəyi gözlənilsədə sonradan icra başçısı onu memarlıq şöbəsinə qiyabi rəhbər təyin edib.
Hazırda rəsmi memar Kamil Gəncəliyev olsada bu vəzifəni icra edən şəxs Vüqar Nağiyevdir. Elnur Rzayevin bu “kreslo dubl”nun səbəbləri və məqsədləri isə özündən başqa hələlik heç kəsə məlum deyil. Məlum olansa rayonda aparılan tikintilər üçün verilən sərəncamların təmənnasız olmamasızıdr.İndi gəl danış göstər və isbat et hünərin varsa.İsbat etki sərəncamları kim verir?
Etibarlı mənbədən yenigundem.az-a daxil olan məlumatlarda bildirilirki Kamil Vüqar cütlüyünün praqmatik xüsusiyyəti ondan ibarətdirki Vüqar qərar verir Kamil isə həmin qərarların icraatını yerinə yetirir.
Araşdırmalarımız davam edir.
yenigundem.az