İsmayıllı rayon uşaq gənclər inkişaf mərkəzində baş verən qanunsuzluqları ictimaiyyətə çatdırılmasına görə tənqidçi jurnalist Elçin İsmayıllının həyat yoldaşı Aytən İsmayıllı qeyd edilən müəssisədə metodist Gülnar Həbibova tərəfindən təhdid olunur. Nəzərinizə çatdırırıq ki, metodist Gülnar Həbibova iki gün əvvəl mərkəzin müəlliməsi Aytən İsmayıllının whatsapp nömrəsinə yazaraq mərkəzdə görülən işlər üçün 15 manat pul verməli olduğunu bildirmişdir. Buna görə həmin məsələ Jurnalist Elçin İsmayıllı tərəfindən rayon rəhbərliyinin diqqətinə çatdırılmışdır. Bundan qeyzlənən Gülnar Həbibova bu gün 28 sentyabr 2021-ci il tarixində adıçəkilən müəlliməni xoşagəlməz formada aşağılamış özü və ailəsi haqqında aşağılayıcı ifadələr işlətmişdir.
Qeyd edək ki, Gülnar Həbibova bu vəzifəyə məhz qaranlıq yollarla gəlmiş və məktəbdə hazırki direktor vəzifəsini müvəqqəti icra edən Ülviyyə Cəbiyeva ilə birlikdə qanunsuz olaraq müəllimlərdən pul tələb edirlər.
Mən tənqidçi jurnalist olaraq, ailəmə qarşı bu tərbiyəsizliyin durdurulmasını tələb edirəm. Bəli, adıçəkilən idarədə hədsiz qanunsuzluqlar var və bu qanunsuzluqların başında məhz Ülviyyə Cəbiyeva və Gülnar Həbibova dayanır. Hesab edirəm ki, bu adamlar müəllim adına yaraşmayan hərəkətlərə yol verirlər və belə adamların bu vəzifədə qalması yolverilməzdir. İsmayıllı təhsil şöbəsinin müdiri hörmətli Rövşən Əliyev təcili bu şəxsləri cəzalandırmalıdır. Bu adamlar Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı, cənab prezident İlham Əliyevə qarşı fəaliyyət göstərir və ölkə siyasətinin üzərinə kölgə salırlar. Mən hüquq-mühafizə orqanlarını bu məsələni araşdırmağa çağırıram və şikayətçi olduğumu bildirirəm.
Elçin İsmayıllı //azinfo.tv//