Dünya

Dünyada arvadları tərəfindən döyülən, öldürülən kişilər – Dəhşətli STATİSTİKA

Çoxsaylı ataşdırmalar ailədaxili zorakılğın daha çox içki düşkünü, yaxud narkoman ailələrində rast gəlindiyini göstərsə də, ümumilikdə, cəmiyyətin ali zümrələrində də bu kimi xoşagəlməz hallar müşahidə olunur.

 

Modern.az xəbər verir ki, BMT-nin son illər apardığı araşdırmalar ailədaxili zorakılıq zamanı qurban rolunda kişilərin sayının artdığını göstərir.

Belə ki, ötən dövrlərlə müqayisədə dünyada get-gedə kişilər daha çox qadın zorakılığına məruz qalır.

 

ABŞ Ədliyyə Departamentinin məlumatına görə, əri tərəfindən döyülən hər 15 qadına, qadın tərəfindən döyülən 8 kişi düşür. Eyni zamanda, qadınların ərləri ilə mübahisə zamanı 2,5 dəfə daha çox bıçağa əl atdığı, 2 dəfə çox isə öz partnyorlarına ağır xəsarətlər yetirdiyini bildirilir.

 

Sosioloqlar uzun illər yalnız qadınlara qarşı törədilən ailədaxili zorakılığı araşdırdıqlarına görə, şiddətə məruz qalan kişilər barədə dolğun məlumatlar olmayıb. Son illər bu sahədə boşluğu doldurmaq üçün aparılan araşdırmalara daha çox ABŞ və Qərbi Avropa ölkələrində rast gəlinir.

 

Bununla belə, həmin araşdrımalar da təəccüblü nəticələr nümayiş etdirir. Belə ki, Qərbdə əri tərəfindən şiddətə məruz qalan qadınların 80%-i ən azı 1 dəfə cavab zorakılığına əl atıb.

 

Maraqlıdır ki, 70-ci illərdən başlayaraq ABŞ-da tədqiqatçılar “döyülən kişi sindronu” ifadəsindən istifadə edirlər. Ailə psixoloqu Martin Steynments evli qadınlara nisbətən qeyri-rəsmi nikahda yaşayan qadınların öz partnyorlarını daha sıx öldürdüyünü müəyyən edib. Qadınların zorakılığında əsas motivasiya – emosional yorğunluq, qəzəb, depressiya və qısqanclıq çıxış edir. Zəif cins nümayəndələri cinayəti emosional halda törətdikləri üçün onun nəticələri bəzən çox ağır olur.

 

Rusiyada və ABŞ-da hazırda həyat yoldaşını öldürən hər 100 kişiyə ərini öldürən 75 qadın düşür. Yaxın onilliklərdə bu nisbətin bərabərləşəcəyi gözlənilir. Böyük Britaniyada 2018-ci ildə keçirilən sorğu zamanı rəyi soruşulan 38% qadın və 24% kişi tərəf müqabilinə fiziki şiddət göstərdiyini etiraf edib. Psixoloji basqıya gəlincə, 68% qadın və 53% kişi ailədaxili mübahisələrdə bu metoddan istifadə etdiyini bildirib.

 

Azərbaycana gəlincə, ailədaxili mübahisələr zamanı əsasən qadınlar fiziki şiddət qurbanı olsa da, kişilərin də öz xanımları tərəfindən öldürülməsi və döyülməsi halları zaman-zaman mətbuatda işıqlanıb. Amma Azərbaycanda şiddətə məruz qalan kişilərlə bağlı əsaslı statistika və əsaslı tədqiqat aparılmayıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir