Cəmiyyət Manşet

“Qəbələ icra hakimiyyətində ayrıseçkilik ifrat səviyyədədir…” – NARAZILIQ!

7NEWS .az xəbər verir ki, Qarabağ Qazisi Bəhram Nuruyev şikayətçidir: “Dostlar bir məsələni sizinlə paylaşım çünki artıq səbrim çatmır. Qəbələ Rayon İcra Hakimiyyətinin ayrıseçkiliyi ifrat səviyyədədir. Belə ki rayon üzrə hər hansısa bir qazi və şəhid ailələri üzrə keçirilən tədbir və yaxud toplantı üçün hələ də bircə dəfə də olsun dəvət edilməmişəm. Özləri seçib, kimi istəyirlər çağırırlar.

Keçən dəfə intihar etdikdən sonra Qazilər üzrə xidmət rəisi Ramin özümün sonradan zəng edərək “niyə gəlmirsiz” dedikdən sonra bircə dəfə o gələrək ziyarət edib. Əgər oxuyursa, onu da deyim ki dəfələrlə zəng eləməsəydim o da gəlməyəcəkdi.

İndiyə kimidə dövlət tərəfindən dəfələrlə isdəmirəm desəm də təkid xahiş ilə demək olar ki, məcburi olaraq yerli bələdiyyənin fondundan 200 azn adıma pul köçürülüb. Onu da Raminin müavini telefonla biz sənə çox dəstək gösdərmişik deməklə başıma vuraraq elə o 200 manatıda zəhər edibdi. Fikrim var işləyib geri ianə edəcəm özləri isdifadə etsinlər.

Ölkə rəhbəri İlham Əliyev İcra hakimləri ilə bağlı “siz vətəndaşlara qulluq etmək üçün təyin olunmusuz” sözləri deyəsən bunlar üçün adi sözdən ibarətdir.

Haqqım varsa zərrə qədər, icra hakimiyyətində oturub xidmət gösdərən heç kimə haqqımı halal eləmirəm.

Siz belə davam edin mən bilirəm neynəyəcəm”.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq…

7NEWS .az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir