İyul ayın sonunda Çinin Urumçi şəhərində Azərbaycanın şərab evi və restoranı açılacaq.
Anews.az-ın məlumatına görə, bunu Azərbaycan-Çin biznes forumunda çıxış edən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan mədəniyyətinin təbliğində bir platforma rolunu oynayacaq.
“Hazırda ölkələr arasında əlaqələr müxtəlif sahələrdə inkişaf edir. Burada Azərbaycan ticarət evinin, İqtisadiyyat Nazirliyinin böyük rolunu qeyd etmək istəyirəm. Həmçinin hökumətlərarası komissiya çərçivəsində hüquqi bazanın genişləndirilməsi istiqamətində aparılan işlər də öz müsbət təsirini göstərir”, – deyə Y. Abdullayev qeyd edib.