Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü, Respublikanın Əməkdar müəllimi, Şair, İctimai xadim, 8 şeir kitabının müəllifi, 1995-ci ildən YAP-ın üzvü, “Qızıl Qələm” mükafatı laureatı və Prezident mükafatçısı, Gəncə şəhər Veteranlar Şurasının üzvü Həsənov İlham Musa oğlu Prezidentə daha bir müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraaciətdə deyilir:
“Çox hörmətli Prezident! Bununla yazıb sizə bildirirəm ki, ənənəvi olaraq mənim 22-ci müraciətimə də Prezident Aparatından heç bir cavab gəlmədi. Artıq mən bu məsələlərə təəccüb etmirəm. Çünki, Prezident Aparatının bir qrup məsul işçilərinin başda Süleyman İsmayılov olmaqla və onun əlaltılarının heç bir vicdanı yoxdur. Əgər onların vicdanı olsa idi, mənim sizə etdiyim müraciətlərin heç olmasa qısa məzmunu barədə məlumat verərdilər. Amma bunlar müraciətləri oxumayıb, nəzarətə götürmədən başdan sovdu bir başa Təhsil Nazirliyinə göndərirlər. Mənim kimi bir ictimai xadimin, bir şairin, bir əməkdar müəllimin harayına biganə və dırnaq arası baxırlar, saymırlar. Fikirləşirəm ki, vay onda yazıq, sadə kütlənin halına. Bəs onlar necə etsinlər? Cənab Prezident bu dəfə məni düşündürən əsas məsələ odur ki, görəsən sizə Emin Əmrullayevin Təhsil Naziri postuna layiq olmasına kim məsləhət bilib? Kim onu sizə tərifləyib? O adam tək sizin yox, bütün Azərbaycan xalqının düşmənidir. Ona görə ki, o, Emin Əmrullayev haqqında ən əsas vacib bir məsələni sizdən gizlədib. Belə ki, sən demə Emin Əmrullayev 2005-2007-ci illərdə yardımçı katolik xidmətində proqramçı vəzifəsində işləyib. Daha doğrusu orada ideya verən olub. Mənim düşüncə tərzimə görə katolikliyi qəbul etməyən adamı o vəzifəyə götürə bilməzlər. Deməli məntiqlə Emin Əmrullayev katolikliyi qəbul edib. Katolikliyi qəbul edən adamın isə milli təhsilimizin başında durması dəhşətdir, faciədir. Bu baxımdan mən çox hörmətli Əli Nağıyevdən xahiş edirəm ki, bu xına o xınadan deyil. Bu məsələyə elə-belə baxmasın. Bu real fakt ciddi şəkildə yoxlanılıb və cənab Prezident sizə doğru-dürüst məlumat verilsin. Şəxsən mən bu xəyanəti heç cür bağışlaya bilmirəm. Maraqlı budur ki, Emin Əmrullayev də öz növbəsində Gəncə şəhər Təhsil idarəsinin müdiri ixtisasca kənd təsərrüfat işçisi, Gəncə şəhərində SOROS-un tərbiyəsini alan, onun Kamil cəfəsində çalışan qeyri hökumət təşkilatında fəaliyyət göstərən, və nazir ilə xaricdə bir təhsil alan, nazirin əqidə dostu, təhsildən, məktəbdən zərrəcə xəbəri olmayan Anar Qədiməliyev və Təhsil Nazirliyində mənim yaxşı tanıdığım müxalifətçi ailəsində böyüyən Orxan Abbasov və bunların himayədarları Muxtar Məmmədov, Eşqi Bağırov, Rəşad Xanlarov, Rəşad Musayev və başqaları ilə birlikdə düşünülmüş formada təhsili fəlakətə aparırlar. Elə məhz ona görə də Heydər Əliyev ideyalarının fəal mübarizələrini, müstəqil Azərbaycan dövlətinin qurucuları, 2 əməkdar müəllimi, ömürlərini günlərini təhsildə şam kimi əridən məni-İlham Həsənov və Valeh Hüseynovu 65 yaşı bəhanə edərək qərəzli formada öz əmirlərinin ziddinə gedərək, hüquqlarımızı pozaraq işdən azad etdilər. Çünki, biz bunların çirkin əməllərinə maneə törədirdik. Cənab prezident bu adamlar indidə sizi böyük bir müəllim kütləsinin gözündən salmaq üçün müəllimlərin sertifikatlaşdırılma siyasətini irəli sürüblər. Nə var nə var ki, bunu da özlərinə rüşvət mənbəyi seçiblər. Mən başa düşə bilmirəm 20-30 ilin müəllimi nəyə görə təzədən imtahan verməlidir? Xeyir ola? Əgər elədirsə, Emin Əmrullayev başda sən olmaqla adlarını yuxarıda çəkdiyim
adamların yəni, sizin özünüzü imtahan etmək lazımdır. Çünki, təhsildən başınız çıxmır. Cənab Prezident bir sözlə bu adamlar bir şəbəkədir və bir-birlərinin cinayətlərini ört-basdır edirlər. Qeyd edirəm ki, 65 yaşdan sonra pensiyaya çıxmaq qanundursa, qoy onda bu qanun hamıya şamil edilsin. Yoxsa ki, qulp qoyurlar kimlərsə qala bilər o, konkret olaraq rüşvət deməkdir. Çünki adama sual verərlər – Necə olur təkcə Gəncə şəhərində 2 nəfər biz əməkdar müəllimi işdən çıxardıb və digər bir nəfəri Bəhram Imranovu bizdən yaşda böyük ola-ola jurnal alıb sinifə girməyən, dərs təhlil etməyi bacarmayan adamı isə işdə saxlayırsınız. Eyni qaydada respublikanın digər şəhər və rayonlarında 300-ə yaxın 70-85 yaşlı adi məktəb direktorlarını işdə saxlayırsınız. Bəlkə biz düşmənik? – Bəli sizin gözünüzdə düşmənik. Cənab prezident sizin öz sözünüz kimi “ Bizim yolumuz haqq yoludur, düzgün yoldur, Heydər Əliyev yoludur” və inanırıq ki, sizin sayənizdə də tezliklə qələbə çalacağıq. İnanıram ki, sizə yalan danışanlar əsl həqiqəti sizdən gizlədənlər axırda peşman olacaqlar. Birdə ona inanıram ki, hörmətli Əli Nağıyev bu işdə bizə ən başlıcası siz yardımçı olacaqsınız. Bu müraciəti Təhsil Nazirliyinə göndərmək yox, özünüz məşğul olacaqsınız. Artıq 10 aydır yazıram. Bu biabırçılığın axırına çıxmaq lazımdır. Gəncə şəhər Təhsil idarəsinin müdiri Anar Qədiməliyev o qədər hayıxıb ki, indidə şəhərə küy salıb hamıya deyib ki, Bakı şəhər Təhsil idarəsinin müdirini Şəmkir rayonuna cənab Prezident icra başçısı qoyduğu kimi bu yaxınlarda Niyazi Bayramovu işdən azad edib mənidə Gəncə şəhərinə icra başçısı təyin edəcək. Nazir də mənə deyib ki, oda olmasa yanvar ayında regional təhsil idarəsi yaradıb səni regiona rəis təyin edəcəyəm. Ona görə də cənab Prezident mən artıq şokdayam. Xahiş edirəm bu məsələni nəzərinizdə saxlayasınız. Hətta bu yaxınlarda Gəncədə keçirilən tədbirlərin birində deyilənə görə yolunu azmış Anar Qədiməliyev deyib ki, Prezident mənə dedi ki, get Gəncədə nə çür istəyirsən elə işlə, arxanda mən durmuşam. Mənim üçün çox maraqlıdır cənab Prezident o sizi harada görüb? Elə mən ona görə deyirəm ki bu adamın psixoloji durumu yerində deyil. Bir jurnalist kimi, bir pedaqoq kimi, bir məlumatlı adam kimi məndən çəkinirlər. Öpürəm sizi! Bəri başdan dərin minnətdarlığımı təşəkkürümü bildirirəm”.
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…