Cəmiyyət

İDDİA! Azərbaycanda icra başçısı maşınla adam vurub,ərazidən qaçdı

Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb…
Dünən axşam saatlarında Neftçala rayon İcra Hakimiyyətinin baçşısı Mirhəsən Seyidov yol qəzası törədib. Bu barədə Neftçaladan PİA.az-a verilən məlumatda qeyd olunub. Məlumata görə icra başçısı axşam saatlarında Aşağı Surra və Kürqarabucaq kəndləri arasında idarə etdiyi “Toyota Camry” markalı maşınla yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini vurub. Vurulan şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsa aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb.
Baş verən hadisə ilə bağlı bir neçə mənbə PİA.az-a bildiriblər ki, başçı Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb.
Əldə etdiyimiz məlumata görə hadisəni törədən maşının nömrəsini də polisə hadisə şahidləri verib. Araşdırmadan sonra məlum olub ki, həmin maşın icra başçısı Mirhəsən Seyidova aiddir.
Polisdəki mənbəmiz bildirib ki, buna baxmayaraq Neftçala polis şöbəsinin rəisi prinsipiallıq nümayiş etdirib və işin axıra qədər araşdırılmasını tapşırıb. İcra başçısının evinə gələn polislər başçının maşınına baxış keçirmək istərkən, başçı onlara mane olmaq istəyib. Lakin polisin prinsipiallığı nəticəsində Mirhəsən Seyidovun həyətində hadisəni törədən maşın aşkarlanıb və sənədləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb. Baş verənlərlə bağlı mərkəzi qurumlara məlumat verilib. Hazırda hadisə ilə bağlı polis tədqiqatı davam edir.
Qeyd edək ki, hadisənin daha geniş təfərrüatları ilə bağlı sabah məlumat verəcəyik.
Xatıqrladaq ki, Mirhəsən Seyidov 2020-ci ilin martın 5-də ölkə prezidentinin sərəncamı ilə Neftçala rayon İcra Hakimiyyətinin baçısı təyin olunub. O ölkənin ən gənc icra başçısıdır. Bu vəzifəyə təyin olunurkən 31 yaşı vardı.
Bəzi iddialara görə Mirhəsən Seyidov Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adamıdır. Məlumat yenilənəcək.


(pia.az)

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir