Bakıda yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Aygün Xasməmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Ölkə.Az” xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əhməd quliyevin icraatına verilib.
Məhkəmə hazırlıq iclası iyul ayının 18-də keçiriləcək.
Məlumatına görə, 2 azyaşlı qızı pul müqabilində kişilərlə görüşünü təşkil edən Aygün Xasməmmədova barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.3-cü yəni, insan alveri – yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə maddəsi ilə iş açılıb. İş üzrə yetkinlik yaşına çatmayan 2 qız zərərçəkən şəxs qismində tanınıb.