Adı daha çox rüşvət, korrupsiya əməllərində hallanan Vüqar Behbudovun yeni yaradılan Sosial Xidmətlər Agentliyinin (SXA ) idarə heyətinin sədri təyin edilməsi Qarabağ qaziləri və şəhid ailələrinin “cibinə uyğun” olmadı və bu qeyri-mütənasiblik aztəminatlı şəxslərin mənzil növbələrində qocalmalarına , qıcolmalarına gətirib. SXA -nın sədri əməlli – başlı Saxta Xidmətlər Agentliyi (SXA) yaradıb.Pandemiya ilə zəfər ilinin eyni vaxta düşdüyü 2020-2021ci illərdə qazi və şəhid ailələrinə söz verilən 1500 mənzilin alınması da baş vermədi.
Yenə də saxta, fake məlumatlarla sosial mənzil xidməti sırındı. Başlıca olaraq, ikiotaqlı mənzillər alındığını və Bakının mərkəzində ortalıq 50 minə başa gəldiyi hesabı ilə 1500 mənzilin 75 milyon manat apardığını hesablamaq nə SXA-ya, nə DTX -ya, nə antikorrupsiya qurumlarına, nə də Hesablama Palatasına çətin olmaz. Lap olsun, 150 milyon! Nə vəsaitdir ki! Özü də birdəfəlik ! Onu da vurğulayaq ki , bu il pandemiya ilə bağlı 600 min şəxsə aylıq 114 milyon hesabı ilə toplam 600 milyon manat ödənilib .Yəni qazi və şəhid ailələrinin mənzil təminatı üçün ayrılan vəsaitdən 4-8 dəfə çox ! Hanı bunun hesabatı? Hanı 1500 mənzil? Niyə ayrılan vəsaiti ilin sonunda xərcləyirlər?
Belə hissə-hissə təminat rüşvət və korrupsiyadan qaynaqlanmır ki? Bu məsələdə dövlət zəmanəti ilə qazi və şəhid ailələrinin hamısına birdəfəlik mənzillər alıb, hər il büdcədən vəsait ayırmaqla borcu ödəmək olmaz?
Nə qədər ki, kadr seçimində dostbazlıq, xidmətdə rüşvət hökm sürəcək, Vüqar Behbudov kimi saxta sosial xidmətçilər qazi və şəhid ailələrinə saxta xidmət göstərməkdə davam edəcək. Belə xidmət ilə isə aztəminatlı şəxslərin mənzil yiyələri olmaları it ilində də gerçəkləşməyəcək”.
Gəzən söz-söhbətə görə, artıq Sahil Babayevin ƏƏSMN-də heç bir nüfuzu qalmamışdır. Fürsətdən istifadə edən Sosial Xidmətlər Agentliyinin rəhbəri Vüqar Behbudovun nazirlik xülyası baş tutmaq üzrədir, artıq işini gizlincə düzüb qoşmağa çalışır ki, nazir vəzifəsinə təyinat alsın.
Düzünü desək gəzən söz-söhbətin inandırıcı olmasına səbəb sosial şəbəkələrdə Vüqar Behbudov işçilərini səfərbər edib ki,hərə öz profilində bəy tərifi edib, Vüqar Behbudovun şəkilini paylaşsın.
Şişirtmə rəqəmlər, gözdən pərdə asmaq gəzən şaiələrin tezliklə reallaşacağına zəmin yaradır. Necə deyərlər yarıtmaz nazir Sahil Babayevin torbası artıq tikilib, yeni nazir kürsüsünə Vüqar Behbudov tam hazır vəziyyətdədir.
Etibarlı mənbədən verilən məlumat da bildirilir ki, vəzifə davasına görə ƏƏSMN-i Sahil Babayevlə SXA sədri Vüqar Behbudov arasında soyuq müharibə davam edir.Demək olar ki, bir-birlərini görməyə belə gözləri yoxdur.
Qarşı tərəfi dinləyib mövqelərini dərc etməyə hazırıq. //7news.az//