Dünya

Meliyadan Saakaşviliyə MÜRACİƏT: “Aclıq aksiyasını dayandır”

Gürcüstan Vahid Milli Hərəkat Partiyasının Tiflis meri vəzifəsinə namizəd Nika Meliya eks-prezident Mixail Saakaşviliyə müraciət edib.

N.Meliya Saakaşviliyə sabah aclıq aksiyasını dayandırmağı xahiş edib.

“Çoxları inandı, çoxları inanmadı, amma koalisiya birliyi öz nəticəsini verdi. Təbii ki, Mixail Saakaşvilinin fədakarlığı diqqətdən yayınmayıb. Əminəm ki, o, indi bizə baxır və mən onu buradan böyük hörmətlə salamlamaq və ona cansağlığı arzulamaq istəyirəm. Sabah ümumi protokollar tərtib olunanda və müxalifət namizədləri qalib elan olunanda istərdim ki, müxalifət qalib olduğu üçün aclıq aksiyasını dayandırsın, çünki ona ehtiyacımız var. Biz Bidzina İvanişvilini sevindirməməliyik”, – Meliya qeyd edib.

Konkret.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir