Siyasət

Azərbaycana qarşı qərəzli mövqe tutan “Kyiv Post” nəşrini kim bağlatdı? – TƏFƏRRÜAT

Noyabrın 8-də Azərbaycana qarşı öz qərəzli mövqeyi ilə tanınan “Kyiv Post” nəşrinin bağlanması xəbəri yayılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Kyiv Post”un öz əməkdaşı Anna Mironyuk öz “Facebook” hesabında geniş status paylaşıb:

“Müstəqil nəşr olan “Kyiv Post” bu gündən mövcudluğunu dayandırıb. Noyabrın 8-i səhər saatlarında əməkdaşlar işə gələndə qovulduqlarını öyrəniblər. 3 həftə öncə “Kyiv Post” rəhbəri Adnan Kivan başqa planlarının olduğunu bəyan edib.

Belə ki, o, “Kyiv Post”u genişləndirmək, bu adda ukraynadilli yeni medianı dövriyyəyə buraxmaqdan söhbət edirdi. Bu qərar əməkdaşlara təəccüblü gəldi, çünki onun bəhs etdiyi format asan deyil.

Bu həm də redaksiyanın siyasətinə müdaxilədir. Kollektivin etirazı rəhbərliyin müqaviməti ilə qarşılaşdı. İşçilərin qovulması və nəşrin fəaliyyətini dayandırmasını Adnan Kivanın bizdən qisası hesab edirəm. Bu yolla mətbu orqanın sahibi ona rahat olmayan, düzgün və prinsipial jurnalistlərdən canını qurtarır”.

Anna Mironyuk fikirlərinin davamında “Kyiv Post”un 26 illik fəaliyyətindən bəhs edib və oxuculardan, biznesmenlərdən dəstək diləyib.

Xatırladaq ki, Ukraynanın tanınmış media qurumlarından biri olan “Kyiv Post” nəşri son zamanlar Azərbaycana qarşı qarayaxma yazılarla çıxış edirdi. Redaksiya bunu açıq-aşkar şəkildə etiraf edirdi ki, Azərbaycan brendi olan “SOCAR”la aralarında reklam əməkdaşlıq müqaviləsi pozulduqdan sonra bu cür yazıları yayımlamağa qərar veriblər. Ardıcıl olaraq bir neçə yazı dərc edən nəşr yalan informasiylar yaymaqla bərabər, həmin yazılarda iftira xarakterli elementlər də var idi.

Bizim.Media intervüləri təhrif olunan azərbaycanlıların açıqlamalarını oktyabrın 14-dən etibarən öz səhifələrində yayımlayıb.

Azərbaycana qarşı qərəzli mövqe tutan “Kyiv Post” nəşrini kim bağlatdı?

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir