Ukrayna Prezidenti Vladimir Zelenski Borispolda Şəhər Şurasının katibi Yaroslav Qodunoku rəsmi görüşü tərk etməyi tələb edib.
“RBK-Ukraina” xəbər verir ki, Zelenski spikerin çıxışına qulaq asarkən Qodunok onun sözlərini kəsib. Prezident isə məmura ayağa qalxmağı, telefonunu söndürməyi və kürsüyə çıxmağı təklif edib.
Daha sonra Zelenski digər iştirakçıya söz verib. Bir neçə dəqiqə sonra üzünü Qodunoka tutaraq deyib: “Kimsə yüksək səslə qışqıranda mən o şəxs barəsində internetdə məlumat tapmağı xahiş edirəm. İndi oxudum ki, “Batkıvşina” partiyasının üzvü, Borispol Şəhər Şurasının katibi daha öncə soyğunçuluq edərək ağır yaralanmaya səbəb olma maddəsi üzrə ittiham olunaraq məhkumluq həyatı yaşayıb. Deyin görüm, bu, düzdür, yoxsa yalan? Yaroslav Nikolayeviç, bu, sizsiniz?”.
Çox keçmədən o, “Çıxın buradan. Çıx burdan, hiyləgər” deyərək məmurdan otağı tərk etməsini tələb edib.
Yaroslav məkandan ayrıldıqdan sonra Zelenski tədbir iştirakçılarından üzr istəyərək “Sadəcə banditləri sevmirəm”,- deyib.
[media=https://youtu.be/kHB1LOoCA1Q]