Cəmiyyət

LƏKƏLİ MƏMURLAR nədən Xıdırovu tapır? – HƏQİQƏTƏN DƏ…

Bu, elə belə deyilən fikir deyil çünki, doğurdan da Ekologiya nazirliyinin Meşə xidmətinə başqa ad vermək olmaz. Görün, nə baş verir bu təşkilatda , əhalisinin sayına görə Ölkənin iki böyük- Cəlilabad ,Masallı və digər dağ rayonu olan Yardımlı rayonlarını bir regional mərkəzdə birləşdirən meşə idarəsinə Namik Xıdırov bir il öncə bir kənd müəllimini direktor təyin edir, bir neçə gün əvvəl isə Cəlilabad rayon İcra hakimiyyətindən saxta əməllərinə görə qovulmuş 60 yaşlı Sakit Şahmarov adlı qeyri müəyyən ixtisas sahibini Masallı Regional Meşə Təsərrüfatına direktor müavini təyin edir. O Sakit müəllimi ki, keçmiş İcra başçısının Cəlilabad Meşə İdarəsi üzərində qeyri-rəsmi nəzarətçisi idi. Cəlilabadda meşəbəyliklərdən haqq yığırdı, onlara qan uddururdu. Odun kömür satışına nəzarət edirdi, bunu Cəlilabadda hamı bilir. Yəni təyin olunan İcra başçısı bu əməlinə görə Sakit Şahmarovu işdən qovdu, indi isə tam yerinə çatıb, artıq rəsmi olaraq üç rayonun meşəsinə başçılıq edəcək. Bir il öncə həmin vəzifədə işləyən Rusiyanın Voronej şəhərində meşə mühəndisi təhsili almış Yardımli rayonunda uzun müddət baş meşəbəyi işləmiş, sonra da Nazirlikdə çalışan Umud müəllimin Namik Xıdırov ərizəsini alıb işdən çıxardı. Məqsədi indi bəli oldu ki, peşəkar mütəxəssisin yerinə görün kimi təyin edir. Regional Mərkəzdə birləşən bu üç rayonda Cəlilabad Masallı Yardımlı bir nəfər mütəxəssis mühəndis tapılmadı ki, Sakit müəllim belə dəyərli və qiymətli oldu ? Hansı ki, 10 nəfərdən artıq ali təhsilli mütəxəssis var orada. Çox acınacaqlı vəziyyətdir. İndi üç böyük rayonun meşə ərazisini iki qeyri kəs idarə edir, biri müdir o biri isə müavin. Görün nə qədər acınacaqlı vəziyyətdir ki, meşə təsərrüfatından anlayışı olmayan adamları Namık Xıdırov rəhbər vəzifələrə təyin edir, buna da Ekologiya Nazirliyi göz yumur. Yəqin ki, Sakit müəllim keçmiş İcra Başçısı üçün həyata keçirdiyi missiyanı indi də Namik müəllim üçün edəcək. Xeyirli uğurlu olsun.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq //azinfo.tv//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir