Həbs olunmuş General Rövşən Əkbərovun qohumu Elnur Həsənov ,,Azərenerjinin” vəsaitini niyə talan edir?
Oxuinfo.az-a İmişli Regional Elektrik Şəbəkəsi ilə bağlı maraqlı məlumat daxil olub. Məlumatı verən mənbə bildirir ki, şəbəkənin kəndlərə nəzarət edən əməkdaşları bəzi kənd sakinlərindən müxtəlif məbləğdə qeyri – rəsmi vəsait ödənilməsi müqabilində onlara elektrik xəttlərinə kənar müdaxilələr təklif edirlər. Bir neçə gün sonra isə həmin əraziyə “yoxlama” məqsədi ilə gələn başqa nəzarətçi elektrik xəttinə kənar müdaxiləni “aşkarlayır” və həmin şəxs qanunla müəyyən edilmiş məbləğdə cərimələnir.
Məsələ ilə əlaqədar İmişli Regional Elektrik şəbəkəsinin rəisi Elnur Həsənova edilən müraciətlərə isə o birmənalı şəkildə “Get prezidentə teleqram vur. Bu sənin qanuni haqqındır. Əgər teleqram vurmağa pulun yoxdursa, onu da mən verim” – deyə əslində şikayətçiyə cavab vermir, sadəcə istiqamətləndirir. Əgər İmişlidə ən xırda problemin həlli belə ölkə başçısından gözlənilirsə, onda Elnur Həsənovun işi nədən ibarətdir? Və ya İmişli Regional Elektrik Şəbəkəsinin rəisi Elnur Həsənov ondan və əməkdaşlarından narazı olanları nədən “Azərişıq”ın rəhbərliyinə deyil, məhz ölkə prezidentinə şikayət üçün isitqamətləndirir?
Sözsüz ki, bu tip istiqamətləndirmələr səbəbsiz deyil. Deyək ki, bir vaxtlar E. Həsənov dayısı, hal- hazırda qətl torətdiyi üçün 10- il həbs cəzası almış general Rövşən Əkbərov tərəfindən qorunurdu indi kimə arxalanır? Bu günlərdə adını dəqiqləşdirə bilmədiyimiz Qulubəyli kənd sakini Elnur Həsənovun qəbulunda olarkən mənbəmizin də şahidi olduğu görüş zamanı şəbəkə rəisinə söylədiklərini özünə haqq qazandırmaq üçün deyib. Biz də istər sadə vətəndaş, istərsə də dövlət görəvlisinin qanunsuz hərəkətlərinə haqq qazandırmırıq. Bəs şəbəkə rəisi nədən əməlinə haqq qazandırmaq üçün hətta yalan məlumat verən şikayətçini həqiqətin ortaya çıxması üçün məhkəməyə deyil, məhz prezidentə müraciət etməyi məsləhət görür? Həm də çəkiləcək xərci belə özünün qarşılaya biləcəyini təklif etməklə. Ölkə başçısına edilən müraciətlərin göndərilmə xərclərini ödəyəcək qədər vəsait görəsən Elnur Həsənovda haradandır?
Mövzuya qayıdacağıq.