Cəmiyyət

ETSN nədən səriştəsizlərə MEYDAN VERİR? – PROBLEM

Son illər ölkədə həyata keçirilən kadr və struktur islahatları əksər nazirlərin , komitə sədrlərinin və bəzi dövlət idarələrinin rəhbərlərinə sanki bir fürsət kimi vermiş oldu . Onlar əllərinə düşmüş bu fürsətdə maksimum faydalanaraq peşəkar kadrları qısa müddətdə öz adamları ilə əvəz etməyə başladılar . Acınacaqlı hal odur ki , peşəkar kadrları sıxışdırıb işdən çıxartdıqdan sonra onların yerinə təyin olunanlar ümumiyyətlə bu sahələrdən xəbəri olmayan səriştəsiz kadrlardır .
Qohumçuluq , tayfabazlıq , regionçuluq , tələbə yoldaşı və digər xəstə prinsiplərə söykənən bu təyinatlar heç də cəmiyyətdə bir mənalı qarşılanmır .Bəzən ali posta təyin olunan ali məmurlar kadrları özlərinin əvvəl işlədikləri dövlət qurumlarından transfer etməyə başlayırlar . Nəticədə isə əsl peşəkar mütəxəssislər işdən uzaqlaşdırılır , səriştəsiz kadrlarla əvəz olunaraq həmin qurumun işini iflic edirlər . Ziyan isə Dövlətə – Dövlətçiliyə dəyir .
Sonrada cəmiyyətdə narazılıq yaradan və şikayətlərin çox olduğu dövlət qurumlarının rəhbərləri narahat olmağa başlayırlar .
So günlər mətbuatda , sosial şəbəkələrdə qınağ obyektinə çevrilmiş kütləvi narazılıqlar yaradan , kadr siyasətində heç bir effekti olmayan , peşəkarlıq , çalışacağı sahənin mütəxəssisi olmayan , yalnız öz şəxsi prinsiplərinə söykənərək işə götürülən insan resuslarının düzgün təyin olunmadığı qurumlardan biridə Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirilir .
Haqlı olaraq bəzi mütəxəssislər qeyd edirlər ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyində ki , idarəçilikdən olan narazılıq qurumda islahatların aparılmasını qaçılmaz edib . Son günlər dövrü mətbuatda , KiV -lərdə , sosial şəbəkələrdə gedən yazılardan aydın olur ki , cənab nazir Muxtar Babayevin etimad göstərib vəzifəyə gətirdiyi bəzi məmurlar cənab nazirin etimadını doğrulda bilmədilər .Onlar öz köhnə pis vərdişlərindən əl çəkməyərək nazirlikdə kütləvi narazılıqlar yaratmağa nail olmağa çalışdılar . Düzgün olan informasiyaların heç də düzgün çatdırılmamasında , araşdırılmasına zərurət duyulan işlərin rədd edilməsində , yalnız öz çirkin niyyətlərinə çatmaq üçün etdikləri səflərin sayəsində neçə – neçə vicdanlı insanlar şərlənərək öz iş yerlərini , doğma kollektivlərini itirməli oldular .Bəli bu gün baş verənlər onu deməyə əsas verir ki , cənab nazir Muxtar Babayev bunların öhtəsindən gələ bilmir ya da baş verənlərə səhlənkar yanaşır .
Sosial şəbəkələrdə yazılanların , göstərilən video faktlar – meşə qırğınları , daş karxanalarındakı narazılıqlar , məlum taxta sexləri , çayların məcərasına yönləndirilmiş neqativ halların həyata keçirilməsində bəzi sahibkarlarla iş birliyi , vicdanlı kadrların vicdansız məmurlar tərəfindən şərlənərək işdən çıxarılması , haqlı insanların şikayətlərinə məhəl qoyulmaması , onların haqlı tələblərinin qulaqardına vurulması günümüzün ən aktual mövzusuna çevrilmişdir . Çox təəssüflər olsun ki , bütün bu neqativ hallar , söz – söhbətlər cənab nazir Muxtar Babayevin rəhbərlik etdiyi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətrafında və başında baş verir .
Son olaraq ictimai nəzarətin bir qolu kimi baş verənlərlə bağlı Qanunpress olaraq hər bir narazı şəxslərin və əks tərəfin mövqeyyini dinləməyə , dərc etməyə hazırıq . Biz isə ədalət prinsiplərinə söykənərək jurnalist araşdırmalarımızı davam etdirərək bu mövzunu daim diqqət mərkəzində saxlayacayıq .Hər zaman aidiyyəti qurumlara , maraqlı şəxslərə tribuna verməyə hazırıq . //azinfo.tv//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir