“Qozbel İman” söhbəti ilk dəfə mətbuata İsmayıllıda “Green House” istirahət mərkəzində 3 nəfərin faciəli ölümü zamanı çıxdı.
Araşdırma zamanı bəlli oldu ki, istirahət mərkəzinin sahibi “Qozbel İman” ləqəbli İman Quliyevdir.
Yeri gəlmişkən, İman Quliyevin qardaşı, cəbhəçilərin yaxın dostu Telman Quliyev cəmi bircə il Qax Rayon İcra Hakimiyyətinin başçısı olub.
Bu qardaşların cəbhəçi keçmişi, sonradan “istiqaməti” dəyişmələri və yenidən “siyasətə kapital yatırmaları”, İmanın hətta hansısa televiziyaya sponsorluq etməsi barədə çox az məlumatlar var. Bəli, “Qozbel İman”ın adı bir müddət Xətai rayonundakı yaşıllıqların qırılmasında hallandı. Daha dəqiq desək Xətaidə 60 sot yaşıllıq zonanın məhv edilməsi İman Quliyevin adı ilə bağlıdır. Hətta buna görə, Qozbel İmanın başı çox ağrıdı, onu harasa aparıb, sonra buraxdılar.
Buraxmağa buraxdılar, amma görəsən, həmişə iş otağında mərhum Heydər Əliyevin və cənab İlham Əliyevin şəkillərini asan İman Quliyev bu əməlindən utandımı ?
Axı, şəkilini başının üstündən asdığı Ulu Öndər deyirdi: ”Bir ağacın budağı kəsiləndə, elə bil qolumu kəsirlər”.
İman isə bir ağacın budağını yox e, 60 sot yaşıllığı məhv etmişdi.
İman təkcə yaşıllıqları məhv etmir, hərdən dövlətə də “buynuz” göstərir.
Bəli, Qozbel İman dövlətin tətbiq etdiyi karantin qaydalarını saymayaraq ona məxsus “Romance palace”da böyük toy mərasimi keçirir.
Görəsən, dövlətin qoyduğu karantin qaydalarını pozmağa cəsarət edən, özünü qanunlardan üstün tutan “Qozbel İman” bu hərəkəti ilə nə demək istəyir?
Bir sözlə, İman çox qalmaqallı və odioz şəxsdir, hətta siyasi burulğanlardan salamat çıxmağı bacarır.
Yeri gəlmişkən, “Xalqlar Dostluğu” yarmarkası da İmana məxsusdur.
“Qozbel İman” ləqəbli iş adamı İman Quliyevin biznes şəbəkəsi Ukraynadan Avropaya qədər uzanır. O, Kiyevdə inşa etdirdiyi “Sofievskaya Sfera” Yaşayış Kompleksinin sahibidir. Ukraynada taxıl üyüdən dəyirmanları var.
Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı (“Romance Palace-1”, “Romance Palace-2”, “Şərq Saray”) və bir restoran da (“Yay” restoranı) var. İsmayıllı rayonundakı “Green House” turizm mərkəzi də İ.Quliyevin şirkətlərindən birinin mülküdür. Sumağallı kəndi yaxınlığında yerləşən bu istirahət və turizm mərkəzi 2 hektar ərazini tutur. 2005-ci ildə istifadəyə verilən kompleksdə 3 ədəd üçmərtəbəli kottec tipli ev, 6 ədəd birmərtəbəli taxta kottec, eləcə də 180 yerlik restoran, açıq hovuz, idman və əyləncə qurğuları var.
“Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində 1050 mənzildən ibarət “Yeni Zığ Yaşayış Kompleksi” inşa etməkdədir. Layihəyə görə, yaşayış kompleksi 15 ədəd 10 mərtəbəli binadan ibarət olacaq. Kompleksin dörd binası artıq istifadəyə verilib. İndi isə “Qozbel İman”ın biznes imperiyasının siyahısına nəzər salaq:
“Politon” MMC-nin direktoru olduğu aşkarlanıb. 2009-cu ildə yaradılan “Politon” şirkəti “Baku Steel Company” MMC-nin (BSC) 50%-nə nəzarət edir.
BSC-nin 50 faizi bilirsiniz nə deməkdir?
İldə 1 milyon ton qara metal əritmək gücü olan BSC isə öz növbəsində aşağıdakı şirkətlərə sahibdir:
“Bakelektroqaynaq” ASC, səhmlərin 99%-i;
“Bakı Oksigen Kompani” ASC, səhmlərin 100%-i;
“Azərboru” ASC, səhmlərin 97%-i,
“Azərtəkrarqarametal” ASC, səhmlərin 96%-i,
“Baku Steel Construction” ASC, səhmlərin 80%-i. Bundan başqa, BSC Bakının “Xəzər-Boru” MMC-ni və “Bakelektroştamp” ASC-ni də nəzarətdə saxlayır.
Görəsən, Vergilər Dövlət Xidməti niyə bircə dəfə İmanın biznes imperiyasını yoxlamır?
Bu boyda şəbəkə görəsən vergidən hər il neçə milyonu gizlədir ?
P.S Növbəti sayımızda Qozbel İman və general qohumları yazısını dərc edəcəyik. //gundelik-baku.com//