İdman

“Qəbələ” “Vorskla”ya uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın məlumatına görə, “qırmızı-qaralar” Bolu hazırlığının 8-ci günündə Ukrayna təmsilçisi “Vorskla” ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.  “Qırmızı qaralar”ın yeganə qolunu 41-ci dəqiqədə Ülvi İsgəndərov vurub. Ülvi iyulun 7-də Ukraynanın digər təmsilçisi “Mariupol”la yoxlama matçında (2:1) da fərqlənmişdi.

Xatırladaq ki , “Vorskla” ötən mövsüm Premyer Liqani 7-ci pillədə tamamlayıb.

11 iyul

12:00. “Qəbələ” – “Vorskla” – 1:3
Qol: 
Ülvi İsgəndərov, 41

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir