Nə qədər acı olsa da bu, bir həqiqətdir ki, bu gün Ölkəmizin Meşə Təsərrüfatı çox acı durumdadır, onun idarə olunması həm də istismarı o kəslər tərəfindən həyata keçirilir ki, onların hər ikisi Moxuma Heracıyev və Namiq Xıdırov İqtisadiyyat və Kənd təsərrüfatı nazirliklərindən rüşvət alma və korrupsiyaya hallarına görə oradan qovulublar. Bu iki şəxs barəsində mətbuatda dəfələrlə yazılan faktlara baxmayaraq Ekologiya Nazirliyi onların xidməti fəaliyyətini nə araşdırır nə də ki, bu barədə hər hansı bir açıqlama verir. Sanki bu iki səxs Moxuma və Namiq müəllim elə bu təşkilat üçün anadan doğulublar , onlara bir gecənin içində Tanrıdan “meşəçi olmaq” vergisi verilib. Hansı ki, bunların hər ikisinin nəyinki meşə sahəsində heç başqa bir sahədə də biliyi və səriştəsi yoxdur. Onların yalnız rüşvət almaq sahəsində böyük bacarığı və səriştəsi var. Moxuma Heracıyevin əmlak satışı sahəsində, Namiq Xıdırovun isə kənd təsərrüfatı məhsullarının oğurlanması sahəsində. Mətbuat bar-bar bağırır ki, bu adamlar saxta adamlardır və sual olunur ki, hardan tapıldı bunlar, hansı xidmətlərinə görə birdən birə Ekologiya Nazirliyində peyda oldular ?! Lakin Nazirlikdən bu günə kimi Moxuma və Namiq müəllim barəsində heç bir açıqlama verilmir . Əksinə Namiq Xıdırov xidmətdə çalışan işçiləri təhqir edir, onların bu sahəni qanmadığlarını söyləyir. Moxuma müəllim isə ” böyük dayaq ” filmindəki YASTI SALMAN rolunu oynayır. Hayıf ki, LAL HÜSEYN rolunda olan dostları Mehman Səfəroviç tez getdi.
Bütün bunlar Meşə xidmətində olan reallığı əks etdirən faktlardır, baxın nə durumdadır bu Meşə Təsərrüfatı.
Bir anlığa qəbul edək ki, Namiq Xıdırovu səhv və ya düz olaraq Xidmətə rəis təyin etdilər, bəs bu müavin vəzifəsinə Moxuma Heracıyevin təyinatına hansı adı vermək olar ?! Bir anda İqtisadiyyat Nazirliyindən qovuldu və gəlib Meşə xidmətində müavin oldu, hansı ki, o vəzifəyə laiq , 30 ilə yaxın iş təcrübəsi olan onlarla Meşə Təsərrüfatı mühəndisi var. Deməli Moxuma müəllimin ora gəlişi hansısa məqamı və məqsədi daşıyır. Yəqin ki, yaxın zamanlarda bəlli olar, bizdə sualımıza cavab taparıq.
Moxuma müəllimin əməllərinə dair araşdırmalarımız isə davam edir, yəqin ki, yaxın vaxtlarda Moxuma müəllimin Meşə fonduna verdiyi ” kupçalar ” barədə dəqiq və adlı faktları ictimaiyyətə təqdim edəcəyik.
Məlumatımıza görə, meşə təsərrüfatının bu gün ki, durumu və bu iki şəxs , Mohuma Heraçiyev və Namik Xıdırov barəsində meşə mühəndislərin və təqaüddə olan meşəçilərin Ölkə Başçısına müraciəti gözlənilir.
Qarşı tərəfin də mövqeyin işığlandırmağa hazırıq. //Azerinfo.az//