Prezident İlham Əliyevin sərəncamı ilə bir qrup media təmsilçisi, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ictimai xadimlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yubiley medalı ilə təltif olunublar.
Modern.az xəbər verir ki, bu gün medalların təqdim olunma mərasimi keçirilib.
“Cümhuriyyət medalı” alanların tam siyahısı elan olunmasa da, sosial şəbəkələrdə onlardan bir çoxunun ismi yazılıb.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunanlar arasında aşağıdakı şəxslər var:
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu
“Olaylar” qəzetinin baş redaktoru, yazıçı publisist Yunus Oğuz
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev
APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası üzvü Müşfiq Ələsgərli
Əməkdar jurnalist Azər Həsrət
Araşdımaçı jurnalist – “Çapar” dərgisinin naşiri Dilqəm Əhməd
Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu
KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli
Real TV-nin rəhbəri Mirşahin Ağayev
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov
Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov
Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov
Məhəmməd Əmin Rəsulzadənin varisi-nəvəsi Rais Rəsulzadə
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Gülnarə Hüseynova
Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü Elçin Əhmədov
Milli QHT Forumunun rəhbəri Rauf Zeyni