Cəmiyyət

Arzu Rəhimovun yanında GÖRÜNMƏZ YEYİNTİ… – Hər halda, GÖRƏN OLMAYIB…

Əsas mövzuya keçməzdən öncə onu qeyd edək ki, 2012-ci ildə birbaşa Ramiz Mehdiyevin “xeyir-duası” ilə adına “DOSAAF” deyilən qurum, yəni 80 ildən çox fəaliyyət göstərən Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti ləğv olundu və qurumun 80 il ərzində yaranan bütün MADDİ-TEXNİKİ BAZASI Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun və Şahvələd Əliyevin “ixtiyarına” verildi.
Birincisi, ondan başlayaq ki, DOSAAF vətəndaşların könüllü yardımları əsasında yaranmışdı, dövlət qurumu deyildi, burada qurultay əsas söz sahibi idi.
Bəs necə oldu ki, 80 ilə yaranan MADDİ-TEXNİKİ BAZANIN talehini bir dəqiqəyə həll etdiniz.
Bəs nə üçün Arzu Rəhimovla bərabər Şahvələd Əliyevin adını xüsusi olaraq qeyd etdik.
Çünki DOSAAF-ın nəyi vardısa Şahvələdin ixtiyarına keçdi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC yaradıldı və sahibi Şahvələd Əliyev oldu.
Təsəvvür edirsiniz 80 il fəalaiyyət göstərən və böyük maddi-texniki bazası olan qurumu başqa adla Şahvələd Əliyevə sanki hədiyyə etdilər.
DOSAAF-ın obyektləri, klubları, maddi vəsaiti Şahvələd Əliyev üçün göydən düşmə oldu.
Və MMC-də ciddi maxinasiyalar başladı. Bu MMC-yə təmir-tikinti adı ilə ayrılmış milyonlarla vəsaiti Şahvələd Əliyev öz şefi ilə mənimsədi.
Guya Allah qoymasa, vətənpərvərlik mərkəzi tikib-qurur, təmir edirdi.
Onu da bildirək ki, sözügedən mərkəz vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, idmanın hərbi-tətbiqi növlərinin inkişafı, gənclərin hərbi xidmətə hazırlanması, yeniyetmə və gənclər arasında texniki yaradıcılığın təbliği, çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hazırlanması və vətəndaşların texniki ixtisaslar üzrə hazırlanması işlərini yerinə yetirmək məqsədi ilə yaradılıb. Çox təəssüf ki, bu gün mərkəz yalnız sürücülük məktəblərindən ibarətdir. Yəni MMC rəhbərliyi üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarmadı.
Əvvəl DOSAAF heç olmasa, ayda bir-iki dəfə tədbirlər keçirib, cəmiyyət nümayəndələri, gənclər arasında vətənpərvərlik təbliğat işləri aparırdı. Hazırda mərkəz demək olar ki, fəaliyyətsiz quruma çevrilib.
Görəsən dövlət qurumları Şahvələd Əliyevin imza atdığı maxinasiyaları niyə araşdırmadı ?
Bəli, DOSAAF-ın 80 illik bazasını öz şefi ilə dağıdandan sonra Şahvələd Əliyev oldu Arzu Rəhimovun müavini.
Özü də ən “yağlı” müavin – Rəisin MALİYYƏ və MADDİ-TEXNİKİ TƏMİNAT üzrə müavini.
Görəsən, dövlətin hər il ayırdığı milyonları Şahvələd Əliyev necə “realizə” edirdi ?
Rayon hərbi komissarlıqlarının binaları neçəyə təmir olunurdu ?
Hər təmirdən sonra Şahvələdə neçə 100 min “otkat” daxil olurdu ?
Görəsən, Cənab Şahvələd Əliyev Dövlət Xidmətinin müxtəlif rayon şöbələrinə ( keçmiş rayvoyenkomat ) maliyyəni hansı faizlə bölür, neçə faizi geri alırdı ?
Hər təmirdən sonra nə qədər “otkat” olurdu ?
Cənab Şahvələd Əliyev, siz həm də maddi-texniki bazaya cavabdeh idiniz.
Ona görə Dövlət Xidmətinin aldığı bahalı avadanlıqların qiyməti kağız üzərində və realda nə qədər idi ?
Cənab general !
Suallar çoxdur, əvvəl vəzifədə idiniz, indi isə vəzifədən çıxarılmısınız. Cavab vermək məqamı çatıb. Hazır olun.
 //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir