Manşet

ETSN rəhbərliyi nədən YAŞIL TERRORU GÖRMÜR? – Daha nə BAŞ VERMƏLİDİR?

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə dolaylarında olan “meşə soyqırımı” davam edir, nədənsə cənab nazir Muxtar Babayev isə buna hələlik göz yumur.
Cəlilabad sakinlərinin verdiyi məlumata görə, onların əksər kəndlərində qaz olmadığı üçün, artıq bir neçə ildir ki, o sakinlərin əksəriyyəti oduncaqsız qalıb. Sakinlərin dediyinə görə , meşələrdən ağaclar kəsilərək “işlik” material kimi Masallıda kı, mebel sexlərinə daşınır.
Göytəpə meşəbəyliyinin 13 saylı dolayında bu il üçün “qırma sahə”si ayrılmamasına baxmayaraq orada kütləvi olaraq 500 dən çox xırda və irodiametirli ağaclar (azat, palıd, fıstıq və s) kəsilərək, kök hissələrinə izi itirmək üçün işlənmiş mühərrik yağı və palçıq çəkilib. Bu işi həyata keçirən Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırovun Masallıda kı, meşə mafiyasıdır. Onlar bu işi cənab Xıdırova arxayın olaraq rahatca törədirlər.
Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.

//azinfo.tv//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir