Cəmiyyət

ETSN-nin ƏRKÖYÜN İŞÇİSİ… – İşdən çıxarılsa da, yenə də İŞ BAŞINDADIR…

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxsləri barədə cinayət işi davam edir.

Kecən ay mediada xəbər verilmişdi ki, sahibkar Novruz Gülməmmədov Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin rəhbəri Əfqan Qəribov, Xanmusa və Sabir adlı meşəbəyilərdən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edib. O, şikayətində həmin şəxslərin sahibkarlıq fəaliyyətinə mane olduqları, Basqal meşələrini şəxsi təsərrüfatları kimi idarə etdikləri, sahibkarlardan qeyri-qanuni olaraq haqq yığdıqlarını bildirib.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi isə məsələyə operativ yanaşaraq, cinayət işi başlayıb. Novruz Gülməmmədov idarəyə çağırılaraq ifadəsi alınıb. Məlumatda bildirilir ki, sahibkar idarədə adıçəkilən şəxslər barəsində əlavə faktlar təqdim edib. O, bildirib ki, Əfqan Qəribov Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışan əmisi Cabbar Qəribova və nazirliyin departament rəhbəri Namiq Xıdırova güvənir. Şikayətçinin iddiasına görə, Əfqan Qəribov və işçilərinin qanunsuz əməllərinin arxasında məhz bu iki şəxs dayanır. Namiq Xıdırovun qardaşı oğlu Şamil Xıdırov isə idarədə baş meşəbəyidir.

Həmin faktlarla Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müracət etmiş daha bir şəkayətci Agcəbədi rayon Taxta körpü qəsəbəsində yaşayan Əsədov Adil Əsəd oglu Qaynarxett.az-a bildirib ki, Şamaxı rayonunun Dədə-günəş meşəbəyliyinin 2 saylı meşə dolayının 6 və 7-ci kvartalları, ona bitişik meşə ərazisi əsil soyqırıma məruz qalıb. Həmin ərazidən 300 kub odun cıxarılıb. Dədə-günəş meşəsinin 9 saylı meşə dolayısının 0.50 hektar böyütmə bagı və 35 hektar meyvə bagında olmuş 2500 dəmir borudan cəmi 30-u qalıb. Bütün bu materiallar idarə rəisinin və sahə rəsi Xanmusanın həyətlərinə daşınıb.

Şikayətci bildirir ki, meşəbəyi Şakir Bəşirovdan 14 min manat 300 kub “odun pulu”nu idarə rəisi Əfqan Qəribov alıb və 2 saylı meşə dolayının 6-7-ci kvartalları, ona bitişik ərazi soyqırıma məruz qalıb. Bu azmış kimi sahə rəisi Xanmusa da əlavə olaraq 600 manat alıb. Üstəlik Ekologiya işçisi İdraka da 700 manat verən Şakir öz ərizəsin yazaraq işdən çıxıb. Bu qanunsuzluq barədə o, Nazirliyə və Korrupsiyaya Qarşı Mübarizə idarəsinə yazılı izahat verib və bu qanunsuz işlərin başında birbaşa Departament rəhbəri Namiq Xıdırovun dayandıgıni bildirib.

“İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının ərazisində 149 iaşə obyekti rəsmiləşdirmişdir 37 obyekti isə bilərəkdən siyahıya salmamışdılar. Ekologiya nazirliyinin auditinin təxmini hesablamasına görə Namiq Xıdırov Əfqan Qəribovun müavini Kamil adlı şəxsin və Xanmusanın iştirakı ilə Qarabağa kömək adıyla sahibkarlardan adambaşına 500-dən 2500 manat arası pul yığaraq mənimsəmişdir.”

Şikayətci Adil Əsədovun dediyinə görə “6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədov Əfqan Qəribov ilə bir yerdə işləyiblər və yaxın dostdurlar. Əfqan Qəribovun bütün qanunsuz işlərini Akif Məmmədov ört-basdır edir. Yoxsa o bu qədər qanunsuzluqlara niyə göz yumsun?. Vəzifəsi təbiəti qorumaq olan bu şəxs nə məqsədlə reaksiya vermir, şıkayətləri qulağardına vurur? Sual da cavab da aydındır. Belə ki, onlar hamısı əlbirdir, arxalarıda olan da məhs nazirlikdə oturur. Başqa cür olsaydı belə qanunsuzluqlar olmazdı. Əlavə olaraq bildirirəm ki, bu yaxınlarda vəzifədən kənarlaşdırılmış Əfqan Qəribov heç nə olmamış kimi hər gün idarədə olur, işçilərədə deyir ki, “narahat olmayın, bu gün, sabah qayıdıram yerimə”.

Sonda şikayətci Adil Əsədov bu qanunsuzluqlar barədə Prezident İlham Əliyevə və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə teleqram göndərdiyini dedi. O, bildirdi ki, prezident İlham Əliyev cənabı çıxışlarında məmurları sahibkarlığın inkişafına yardım etməyə çağırır, amma onlar bunun əksini görür. Yaxud dövlət rəhbərliyinin təşəbbüsü ilə demək olar ki, hər il müxtəlif bölgələrdə ağacəkmə kampaniyaları keçirilir, amma bu ağacları qorumağa məsul olan şəxslər meşələri məhv edirlər. Ona görə də şikayət etdim. Susmaq hamımıza ziyan gətirir. Yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi şıkayətimə operativ reaksiya verəcək. //Qaynarxett.az//

ETSN-nin ƏRKÖYÜN İŞÇİSİ... - İşdən çıxarılsa da, yenə də İŞ BAŞINDADIR...
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir