XİN ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası – 100 il” adlı diplomatiya həftəsi təşkil edir
Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi çərçivəsində 2019-cu ilin 15-19 iyul tarixlərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası – 100 il” adlı diplomatiya həftəsi təşkil edir.
Trend xəbər verir ki, Azərbaycanın xarici siyasəti və nailiyyətləri ilə bağlı ölkəmizin aparıcı ali təhsil ocaqlarında təhsil alan 50-yə yaxın tələbəyə sahə üzrə daha dolğun məlumatların verilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Xarici İşlər Nazirliyinin rəsmiləri, eləcə də diplomatik nümayəndəliklərimizin rəhbərləri tərəfindən mühazirə və seminarlar təşkil olunacaqdır.
Tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin zəngin irsi barədə daha geniş məlumatın verilməsi məqsədilə tələbələrin Heydər Əliyev Mərkəzinə səfəri nəzərdə tutulub.
Habelə Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş baş prodüseri xanım Arzu Əliyevanın olduğu “Əbədi ezamiyyət” sənədli filminin nümayişi nəzərdə tutulub.