“İranın Azərbaycanla münasibətlərini daha da inkişaf etdirmək üçün müxtəlif fikirləri var”.
Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Bakıda jurnalistlərə açıqlamasında deyib.
“Mən İranla Azərbaycan arasında münasibətlərin yaxşı səviyyəsindən çox məmnunam. Son 3 ayda azərbaycanlı həmkarımla bir neçə dəfə danışıqlar aparmışıq. Yaxşı formatlar çərçivəsində ikitərəfli əməkdaşlığı inkişaf etdirmək barədə qərar qəbul etdik. Bu işlər Bakıya səfərim zamanı keçiriləcək görüşlərdə öz nəticəsini verəcək”, – deyə Abdullahian bildirib.
Abdullahian İranla Azərbaycan nümayəndə heyətləri arasında danışıqların davam edəcəyini, həmçinin bundan sonra iqtisadi, ticarət və mədəni sahədə çox sayda nümayəndə heyətinin iki ölkəni ziyarət edəcəyini sözlərinə əlavə edib.