Baş Nazir Novruz Məmmədov Azərbaycan Xalça Muzeyinə “Milli” statusunun verilməsi haqqında Qərar imzalayıb.
AZƏRTAC xəbər verir ki, Qərar “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər və “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının ləğvi haqqında” dövlət başçısının 2014-cü il 14 may tarixli 162 nömrəli Fərmanına əsasən imzalanıb.
Mədəniyyət Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.