Cəmiyyət

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Fəda Abbasova FƏDA EDİLİB? – FAKT BUDUR!

“Onlar bu sahədə vəzifəyə gələndə sahənin problemlərini, inkişafını fikirləşmirlər. Onların hamısı sahəyə gəlir mənbəsi kimi baxırlar. Elə buna görə də kənd təəsərrüfatı sahəsində heç bir irəliləyişə nail olmaq mümkün deyil”.

Zirveyolu.info xəbər verir ki, bu sözləri kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin fəaliyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Yüzminlərlə hektar torpaq sahəsinə və çoxlu sayda fermer təsərrüfatlarına sahib “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də ciddi inkşaf, prespektiv hiss olunmur. Aqrar sektorda inqilabi dönüş yaratmaq üçün nəzərdə tutulan bu qurum uzun illərdir ki, sektora heç bir töhvə vermir və belə görünür ki, bu qurum KTN-nin “korrupsiya bataqlıqlarından” birinə çevrilib.

Bu ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC birliyinə Fəda Abbasov yeni direktor təyin ediləsə də, adı çəkilən qurumda demək olar ki, heç nə dəyişməyib. Bu barədə saytımıza daxil olan məlumatda bildirilir ki, Fəda Abbasov da digər məmurlar kimi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru təyin eiləndən sonra mühüm postlara özünə yaxın adamları təyin edir. Qurumun idarəsində olan yüzminlərə hektar əkinə torpaq sahələri isə Fəda Abbasovun yaxın olan şəxslərə icarəyə verilir.

Yəni hazırda “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-dəki durum sabiq direktor Anar Hüseynovun dövründəkindən heç nə ilə fərqlənmir. Bu qurum elə əvvəlki kimi “korrupsiya bataqlığı” olaraq qalmaqda davam edir. Qurumun fəliyyəti isə heç bir halda aqrar sektorun inkişafına xidmət etmir. Yüzminlərlə torpaq sahəsinə və çoxlu sayda fermer təsərrüfatlarına sahib “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC aqrar sektorun inkişafına heç bir töhfə vermir. Əksinə qurumun yeni direktoru Fəda Abbasov və komandası gizli şəkildə maliyyə maxinasiyalarına yol açırlar. Saytımıza verilən məlumata görə Fəda Abbasovun komandasındakı şəxslərin əsas maliyyə maxinasiyaları qurumun tabeçiliyində fəaliyyət göstərən Regional İdarələrin torpaq sahələrini özləri üçün əkilib becərilməkdən ibarətdir. Torpaqların əkilməsindən əldə olunan vəsaitlərin böyük hissəsi isə mənimsənilir. Bu iddia ilə çıxış edən məlumatlı mənbə qeyd edir ki, Regional İdarələrin nəzdindəki münbit torpaqların bir hissəsi dövlət üçün, bir hissəsi isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbərliyi üçün əkilir. Burada Regional İdarə rəislərinin və əlaltılarınında öz payı var. Dövlət adına əkilən torpaqların gəlirlərinin böyük hissəsi də mənimsənilir.

Maraqlıdır ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də vəzifə tutan şəxslərin böyük əksəriyyəti kənd təsərrüfatı sahəsinə aid olan insanlar deyil.

Qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC yaradılandan sonra kənd təsərrüfatı ekspertləri açıqlamalarında bu qurumun dövlət üçün ciddi faydasının olmadığını dəfələrlə bildiriblər. Keçmiş direktorun dövründə qurumun hansısa bir hesabatı sosial şəbəkədə və mətbuatda azda olsa yayınlanırdı. Ancaq hazırkı direktor Fəda Abbasovun dönəmində belə hesabatlara rast gəlinməyib.

Bəs “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin fəaliyyətini necə dəyərləndirmək olar və bu qurum üzərinə qoyulan vəzifələri yerinə yetirə bilirmi? DİA.AZ xəbər verir ki, bu mövzunu PİA.az-ın əməkdaşı kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli ilə müzakirə edib.

Kənd təsərrüfatındakı problemlərini tək bir qurumun fəaliyyətsizliyi ilə əlaqələndirməyən ekspert PİA.az-a bildirib ki, bu qurumların hamısı kənd təəsərrüfatından, görməli olduğu işlərdən başqa, bütün işlərlə məşğul olurlar:

““Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” başqa qurumlar kimi ancaq pul yığmaq məqsədi ilə yaradılıb. Ümumiyyətlə kənd təsərrüfatı üzrə yaradılan bütün qurumlar öz işlərinin öhtəsindən gələ bilmirlər. Çünki qurumu idarə edənlər və orada çalışanların ixtisasca heç birinin sahəsi kənd təsərrüfatı olmur. Ona görə də onlar rəhbərlik etdikləri sahədə ancaq korrupsiya, rüşvət almaqla məşğul olurlar. Əgər belə olmasaydı rəhbərlik etdiyi qurumun timsalında kənd təsərrüfatı sahəsində hansısa irəliləyişlərin olmasını görərdik.

Bəs bu qədər imkanlara, maliyyə mənbələrinə, texnikaya, fermer təsərrüfatlarına, yüz minlərlə hektar əkinə yararlı torpaq sahələrinə sahib olan qurumların, o cümlədən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin fəaliyyətinin nəticəsi nədir? Nəticə odur ki, artıq uzun illərdir ki, kənd təəsərrüfatında geriləmələrin şahidi oluruq. Bu sahənin inkişafı üçün yaradılan və milyonlar ayrılan qurumların heç birinin faəliyyərini görmürük. Gözdən pərdə sərmək üçün bir-iki yerə gedirlər, guya məhsulla tanış olurlar. Amma kənd təəsərrüfatı sahəsi çox ağır sahədir. Bu sahədə mütəxəssislər çalışmalı və peşəkar fəaliyyət ortaya qoyulmalıdır. Bu kadrların gördüyü işlərlə, ortaya qoyduqları fəaliyyətlərlə isə aqrar sektorda nələrisə əldə etmək mümkün deyil.

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” belə qurumlardandır. Bu qurumun sahə üzrə fəaliyyəti yoxdur. Çünki bir daha qeyd edim ki, rəhbərliyi belə kənd təsərrüfatının nə olduğunu bilmir. Onlar bu sahədə vəzifəyə gələndə sahənin problemlərini, inkişafını fikirləşmirlər. Onların hamısı sahəyə gəlir mənbəti kimi baxırlar. Elə buna görə də kənd təsərrüfatı sahəsində heç bir irəliləyişə nail olmaq mümkün deyil. Nə qədər ki, bu belə də davam edir, kənd təsərrüfatında olan çox ciddi problemlər də həll edilməyəcək.

Təbii ki, bu sahədə problemlərin olması və qalması ancaq kəndlilərə, əhaliyə təsir edir. Amma bu yöndə belə, sahəyə rəhbərlik edənlər heç bir iş görmürlər. Buna görə də qiymətlər qalxır, kəndlinin zülmlə becərdiyi məhsul əlində qalır, yaxud da kəndli məhsulu becərmək üçün min problemlə qarşılaşır. Bir sözlə kənd təəsərrüfatı sahəsində olan problemlər çoxdur. Bu problemləri bir qurumun fəaliyyətsizliyi ilə əlaqələndirmək olmaz. Hamısı kənd təəsərrüfatından, görməli olduğu işlərdən başqa bütün işlərlə məşğul olurlar.

Kənd təsərrüfatındakı problemlərin aradan qaldırılması elə də böyük problem deyil. Sadəcə bu problemlərin həllinə can atmaq lazımdır. Azərbaycan bu məsələni həll etməsə, bir neçə ciddi problemlərlə üzləşəcək.

Birincisi, ölkənin ərzaq təminatını təhlükə altında olacaq, ikincisi Azərbaycanın ərzaq idxalı ilə bağlı vəziyyəti güvənli deyil.

Ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün isə kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Bu sahə üzrə məğul olan bütün qurumlara kənd təsərrüfatından anlayışı olan kadrlar gətirilməlidir. Bundan sonra sahə üzrə hansısa, irəliləyiş görülə bilər”.

Qeyd edək ki, Fəda Abbasov İnam Kərimovun dövründə ASAN xidmətdə Səyyar Xidmətlərin Təşkili Şöbəsinin baş məsləhətçisi işləyib.

Daha sonra İnam Kərimov Kənd Təsərrüfatı Naziri təyin ediləndə Fəda Abbasovda Nəzarət və Audit Şöbəsinin müdir müavini təyin edilib. Bu ilin aprel ayında “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə direktor təyin edilib. Onun nazir İnam Kərimovun qohum olması ilə bağlı məlumatlar da yerli mətbuatda yer alıb.

Fəda Abbasovun hazırda KTN-nin nazir müavini Sərvan Cəfərovala münasibətlərinin pisləşdiyi deyilir. Buna səbəb Sərvan Cəfərovun “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin işinə müdaxilə etməsi olduğu bildirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir