Rusiya Ermənistan üçün yeni Atom Elektrik Stansiyası inşa edəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vitse-prezident Tiqran Avinyan BMT İqtisadi və Sosial Şurasının Nyu-Yorkdakı iclasında bunu vurğulayıb.
O, ölkəsinin atom energetikasından imtina etməyəcəyini, əksinə inkişaf etdirəcəyini vurğulayıb.
“Biz indi Metsamor AES-nin bağlanmasından sonra yeni atom stansiyasının tikintisini müzakirə edirik”.
Avinyanın fikrincə, Rusiya tərəfi tikinti işlərində əsas iştirakçı olacaq.