İdman

“Keşlə” sabiq futbolçularını qaytardı

“Keşlə” heyətini yeni futbolçularla gücləndirməyə hazırlaşır.

Klubdan Qol.az-a verilən məlumata görə, paytaxt təmsilçisi sabiq futbolçuları – Pərdis Fərcad-Azadla Sezar Meza Kollini geri qaytarıb. Mövsümün sonunda “Zirə”dən ayrılan hücumçu bir neçə gündür komanda ilə birlikdə məşq edir.

Paraqvaylı pleymeyker Meza Kolli isə artıq Bakıya gəlib. 27 yaşlı yarımmüdafiəçi “Səbail”in Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Universitatya”dan icarəyə götürülüb. Hər iki oyunçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Pərdis 2016-2018, Meza Kolli isə 2013-2015, 2016 və 2018-ci illərdə “Keşlə”də çıxış edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir