Cəmiyyət

Zakir Həsənov nədən Polad Həşimovun QAPISINI DÖYMƏYİB Kİ… – Xəncərinin qaşı düşəcəkdi?

Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin şəhid general mayoru Polad Həşimovun anası Səmayə Həşimova oğlunun ölümü ilə bağlı bir sıra iddialar səsləndirib. O bildirib ki, P.Həşimovu Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyev öldürtdürərək onun yerinə vəzifəyə gəlib. S.Həşimova, həmçinin, il yarımda Müdafiə naziri Zakir Həsənovun bir dəfə də olsa, onun qapısını açmadığını və bunda birbaşa onun günahkar olduğunu söyləyib.

Müharibə dönəmindən sonra müəyyən məkrli qüvvələrin dəfələrlə şanlı ordumuzun nüfuzunu gözdən salmaq üçün atdığı təxribat xarakterli addımların şahidi olmuşuq. Maraqlıdır, anamız Səmayə xanımın məlum çıxışının məqsədli şəkildə hazırlanması və yayılmasını da təxribatların tərkib hissəsi kimi qiymətləndirmək olarmı?

Zi xəbər verir ki, məlum iddiaların yolverilməz olduğunu deyən əməkdar jurnalist, hərbi ekspert İbrahim Rüstəmli Sherg.az“a bildirirb ki, Polad Həşimovun şəhid olması ilə bağlı konkret faktlar var:

“Səmayə xanım övlad itirmiş yaşlı anadır. O bizim hamımızın anasıdır. Onu başa düşmək əvəzinə dediyi sözləri bu şəkildə yaymaq təbii ki, təxribatçı qüvvələrin işidir”.

Hərbi ekspert 44 günlük müharibədə qazandığımız zəfərin əhəmiyyətini bizim hələ də Azərbaycan ictimaiyyətinə çatdıra bilmədiyimizi vurğulayıb və bunun səbəblərini göstərib:

“Peşəkarların cəhbə bölgəsinə gedə bilməməsi Müdafiə Nazirliyinin günahıdır. İkinci Qarabağ savaşından yazılanlara diqqət edin. Hanı bu ordunun 44 günlük müharibəsinin bütöv tarixi? Həmin ərazilərə gedən jurnalistlərin qələmə aldığı faktlar hanı? Yalandan orda-burda danışmaqla deyil. Ortada heç bir şey yoxdur. Gedənlər də gedib orda tankla şəkil çəkdirib gəlib. Bir sanballı yazı ortaya qoyan olmadı”.

İ.Rüstəmli mövcud durumun bir növ informasiya boşluğundan qaynaqlandığını və informasiya siyasətinin düzgün qurulmamasının bizi buralara qədər gətirib çıxardığını diqqətə çatdırıb:

“Bildiyimiz elə faktlar var ki, onları ictimaiyyət bilmir. Sadə insanları məlumatlandırmaq lazımdır. Bunu etməyi bacarmasaq, bu parazit şəxslər belə işlərinə davam edəcəklər. Görün, onlar şəhid Polad Həşimovun ruhunu necə incitdilər. Yaranmış boşluqdan istifadə edib öz iyrənc əməllərinə davam etdilər. Bu işdə də bizim anamız Səmayə Həşimovanın nitqindən istifadə etdilər. Qəhrəman ananın bu cür danışması parazit qüvvələrin başlıca amalı olub. Xüsusi hazırlanmış proqram əsasında müqəddəs anadan söz almaq elə onlara yaraşar”.

Hərbi ekspert sözügedən iddiada adı hallanan Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevdən də söz açıb:

“K.Vəliyevin nə marağı var idi ki, Polad Həşimovu aradan götürsün?! Belə söhbətləri etmək ayıbdır. Bir-birimizə çamur atmağı yığışdırmalıyıq. Əlbəttə, övlad itirmiş bir ana ürəyi yanıb, əsəbiləşib bunu deyə bilər. Amma biz bilirik axı K.Vəliyev böyük bir ordu zabiti, general, böyük bir şəxsiyyətdir. Mən onunla birgə xidmətdə olmuşam. Onun nə qədər kübar, ziyalı bir insan olduğunu bilirəm. Sevinirəm ki, onlarla, yüzlərlə Azərbaycan zabitini məhv edən Nəcməddin Sadıqovdan sonra bizim belə bir Baş Qərargah rəisimiz var. K.Vəliyev peşəkar döyüş texnikasını, strategiyasını bilən hərbi kadrdır. Belə bir vaxtda onun adını bu cür söhbətlərdə çəkmək ümumiyyətlə olmaz”.

İ.Rüstəmli sonda ölkəmizin möhtəşəm zəfərə imza atmasından sonra burda baş verən bu kimi halların bizə qətiyyən yaraşmad

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir