Daxili İşlər Nazirliyində yeni kadr təyinatı olub.
Zirveyolu.info oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Bakı Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin Cibgirlik Cinayətlərinə qarşı Mübarizə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Atik Cəlilzadə Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.