Kriminal

Qayınlarını həbs etdirmək üçün öz barmağını kəsdi – Foto

Xızıda yeznə qayınlarını həbs etdirmək üçün barmağını kəsib.

Zirveyolu.info ” İTV-yə istinadən xəbər verir ki, Şəki sakini Süleyman Məşədiyev Xızıda olarkən qohumlarının ona xəsarət yetirməsi barədə polisə məlumat verib.

S.Məşədiyev qayınlarının ona kəsici alətlə xəsarət yetirdiyini bildirib.

Lakin polisin araşdırması zamanı fakt təsdiqini tapmayıb. Məlum olub ki, yeznə mübahisə etdiyi qayınlarından qisas almaq məqsədilə özünə xəsarət yetirib. O, sol əlinin şədahət barmağını kəsib.

Polisə yalan məlumat verən S.Məşədiyev saxlanılıb.

Qayınlarını həbs etdirmək üçün öz barmağını kəsdi - Foto
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir