Siyasət

Azərbaycanın qoyun sayına görə yeri AÇIQLANDI

Azərbaycan qoyun ətinin istehsalı üzrə dünya ölkələri arasında 28-ci yerdə qərarlaşıb.
Zirveyolu.info  APA -ya istinadən bildirir ki, bu barədə Azərbaycanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərəfdaşlıq və əlaqələr üzrə nümayəndəliyin rəhbəri Melek Çakmak bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə ölkədə 79 min ton qoyun əti istehsal edilib. Ölkədə 8 mln. baş quyun olduğu qeydə alınıb (2007-ci ildə bu göstərici 7 mln təşkil edib). Dünya üzrə bu göstərici 1,2 mlrd-dan artıq olub ki, bu da 8,5%-lik artım deməkdir. Azərbaycan qoyun sayı üzrə dünyada 41-ci yer tutur.
M. Çakmakın sözlərinə görə, Azərbaycanda qoyunçuluğun inkişafına təsir göstərən əsas mənfi amillərdən biri otlaqların azalmasıdır. Bundan başqa, bu sahədə tələb və təklif arasında boşluq mövcuddur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir