İyul 17-də keçirdiyi mətbuat konfransında “Demokratik İsrail” Partiyasının lideri, keçmiş hökumət başçısı və müdafiə naziri Ehud Barak yalnız hazırkı İsrail baş naziri Binyamin Netanyahuya deyil, onun ailə üzvlərinə qarşı da amansız hücum edib.
Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə belə deyilir.
“Netanyahunun himayəsi altında oğlu Yair kimi bir əxlaqsız və provakatorun dövlət hesabına mühafizədən həzz alması, onun “Şabak”ın(İsrailin ümumi təhlükəsizlik xidməti-S.L.) müdafiəsi altında parazitar həyat sürməsi – sadəcə, biabırçılıqdır. Netanyahuya arxalanaraq yüksək səviyyəli bir nazirin himayəsi altında serial pedofillərin himayə olunması – rüsvayçılıqdır”- E.Barak belə deyib.





