Cəmiyyət

Antisanitar şəkildə fəaliyyət göstərən bağırsaq emalı sexi aşkarlandı – FOTOLAR

Bərdə rayonunun Koroğlu küçəsində qida təhlükəsizliyi sahəsində sanitar-gigiyena və texniki-normativ hüquqi aktların tələblərinə əməl olunmayan bağırsaq emalı sexi aşkarlanıb.
Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, sözügedən müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərib.

Yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən sexdə bütün proseslərin bir otaqda həyata keçirildiyi, istifadə olunan xammalın sağlamlığını təsdiq edən sənədlərin olmadığı, burada çalışan işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi aşkar olunub.
Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.







w

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir