Cəmiyyət

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Xatırladaq ki, 19 Yanvar 2022-ci il tarixində 1151 yoluxma faktı və 9 ölüm qeydə alındığı açıqlanmışdı.13 Dekabr 2020-ci il tarixində açıqlanmış fakt (4451) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayı idi.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26784 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2619, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2651, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21514 nəfərdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir