Cəmiyyət

Torpaq zəbt edənlər görün, HARA QƏDƏR İRƏLİLƏDİ… – GÖZ GÖRƏ-GÖRƏ…

“Torpaq sahələrinin özbaşına tutulmasının qarşısının alınması barədə” qanunun müvafiq tələblərinin pozulmasına Mingəçevir Bələdiyyəsi və aidiyyatı qurumlar niyə göz yumurlar?.
Mingəçevir şəhərində keçmiş polis əməkdaşı Eldar Salmanov Prezidentin iqamətgahı yerləşən ərazinin bir addımlığını qanunsuz olaraq hasara alıb. Mingəçevir Bələdiyyəsi və digər müvafiq qurumlar isə oyunbazlıqla məşğuldur. Yazışmalar və göndərilən rəsmi məktublar bunu bir daha təsdiq edir.

Torpaq zəbt edənlər görün, HARA QƏDƏR İRƏLİLƏDİ...
Torpaq zəbt edənlər görün, HARA QƏDƏR İRƏLİLƏDİ...
Torpaq zəbt edənlər görün, HARA QƏDƏR İRƏLİLƏDİ...
Torpaq zəbt edənlər görün, HARA QƏDƏR İRƏLİLƏDİ...

Mingəçevir Bələdiyyəsi qanunsuz istifadə edilən torpaq sahələrinin geri qaytarılması üçün hansı zəruri tədbirləri görməyə borcludur? Qanunvericiliyin tələblərinə əsasən həmin torpaq sahələrinin aidiyyəti üzrə geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına, o cümlədən məhkəməyə müraciət etməli idi.Bəs, prezidentin təhlükəziliyinin təminatı nöqteyi nəzərdən bu cür xoşagəlməz mənzərədən aidiyyatı qurumların eləcədə Mingəçevir Şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılovun xəbəri yoxdur?
“Bələdiyyə torpaqlarının qanunsuz tutularaq istifadə edilməsi hallarının qarşısının alınması üçün Mingəçevir Bələdiyyəsi qarşısında dəfələrlə məsələ qaldırılsa da, bu problem öz həllini tapmamışdır. Prezidentin iqamətgahının ətrafının zəbt edilməsi isə o deməkdir ki, bu şəhərdə “dərə xəlvət tülkü bəy”dir?

Prezidentin iqamətgahının zəbt edilmə videosunu təqdim edirik:

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.1-ci və 16.2-ci maddələrinə uyğun olaraq qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır (Bu qaydadan istisnaya yalnız “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü və 16.4-cü maddələrində nəzərdə tutulmuş hallarda yol verilir).

Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Həmin Məcəllənin 112-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Bələdiyyə torpaqlarının özbaşına tutularaq istifadə olunması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Torpaq zəbti hallarının qarşısının alınması üçün bələdiyyələr qanunsuz istifadə edilən torpaq sahələrinin geri qaytarılması üçün zəruri tədbirlər görməyə borcludurlar. Qanunvericiliyin tələblərinə əsasən həmin torpaq sahələrinin aidiyyəti üzrə geri qaytarılması üçün hüquq-mühafizə orqanlarına, o cümlədən məhkəməyə müraciət edilə bilər.
Redaksiya olaraq qarşı tərəfində mövqeyini dərc edə bilərik.

Dünyanınsəsi.Az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir