Dünya

Almaniya Ukraynaya 5 min qoruyucu dəbilqə göndərəcək

Almaniya Ukraynaya 5000 ədəd hərbi qoruyucu dəbilqə göndərəcək.

Bu barədə DPA agentliyi məlumat yayıb.

Bildirilib ki, bu barədə Almaniya müdafiə naziri Kristine Lambrext müdafiə komitəsinin iclasında deyib.

Qeyd edək ki, Berlin daha öncə də Estoniya ilə birgə Ukraynada səhra xəstəxanalarının quraşdırılmasını maliyyələşdirəcəyini bildirib.

Xatırladaq ki, son günlər Almaniya Rusiya ilə artan gərginlik fonunda Ukraynaya hərbi yardım göndərmədiyinə görə tənqid edilir. Almaniya XİN bu qərarı tarixə əsaslanan prinsiplərə görə verildiyini bildirib.

“Wall Street” jurnalının xəbərində iddia edilir ki, Almaniya Estoniyanın Ukraynaya alman mənşəli silahları göstərməsinə də icazə verməyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir