Cəmiyyət

“Oba” marketlər şəbəkəsində İŞÇİLƏRİN HÜQUQU YOXDUR… – Rəsmi qurumlar HARA BAXIR?

 

“OBA MARKET” MMC-nin satış mağazalarında başlıca problem bir işçinin eyni vaxtda 4-5 növdə iş görməsidir. Bu vəziyyət həm orada çalışan işçilərin, həm də alıcıların haqlı narazılığına səbəb olur. Belə ki, bir mağazada 2 və ya 3 işçi olur.

Zirveyolu.info faktinfo.az-a istinadən xəbər verir ki,əmək haqları 400 AZN-dən çox olmayan işçilər mağazaya gələn malları boşaltmalı, çeşidləməli, vitrinlərə yerləşdirməli, eyni vaxtda müştərilərin aldıqları məhsul elektron tərəzidə çəkilməli və kassada vurulmalıdır. Hətta, səhər və axşam mağazanın iki dəfə təmizlənməsi də həyata keçirilməlidir. Ona görə də orada çalışan bir çox işçilər narazılıq edərək işlərindən ayrılır.

Bu kimi əməyin istismarına dözməyən işçilərin əksəriyyəti orada işləməkdən boyun qaçırırlar. Məsələn, “OBA MARKET”in Nizami rayonu, Şirin Mirzəyev küçəsi 68-A4-də yerləşən 2-ci satış mağazasında yuxarıda sadaladığımız anoloji vəziyyət yaşanır.Məhz buna görə də ”OBA MARKET”in mağazalarında hər həftə yeni-yeni simalara rast gəlmək mümkündür.

Məsələyə münasibət öyrənməyə çalışılıb, zənglərə cavab verilməyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir