Haqqında bəhs edəcəyimiz Elməddin Nizaməddin oğlu Süleymanov hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəis vəzifəsini icra edir. Məlumat üçün onu qeyd edək ki, Elməddin Süleymanov rüşvət və korrupsiya əməllərinə görə, 2017-ci ildə vəzifəsindən uzaqlaşdırılan sabiq Vergilər naziri Fazil Məmmədovun “qara kassir”i olub. Zirveyolu.info bildirir ki, bu barədə nuh.az saytı məlumat yayıb.
Elməddin Süleymanov 12.11.2010-cu ildən Vergilər Nazirliyində ictimai əlaqələr şöbəsində fəaliyyətə başlayıb. Və 06.04.2012-ci ildən himayədarı nazir Fazil Məmmədovun köməkçisi olub.
Elməddin Süleymanov bu illər ərzində Fazil Məmmədovun nağdlaşdırma ( “obnaliçka”) firmalarına nəzarət etmiş, həmin dövrlərdə dövlət büdcəsindən ayrılan ƏDV müxtəlif üsullarla büdcədən yayınmasını və hesablarına köçürülməsini təmin etmişdir.
Eyni zamanda nazirin köməkçisi olduğu dövrdə nağdlaşdırma ( “obnaliçka”) firmalarına himayədarlıq etmiş və müəyyən faizlərlə böyük miqdarda pul əldə etmişdir. Onun bu xidmətlərini nəzərə alan nazir Fazil Məmmədov 2015-ci ilin aprel ayında Elməddin Süleymanovu nazirliyin Katiblik üzrə müşaviri vəzifəsinə təyin etmişdir.
Elməddin Süleymanov 2015-ci ildə vergiyə olan öncədən ödənişlərin sxemini hazırlamış və tətbiq etmişdir.
Belə ki, 2015-ci ildə müəssisə və təşkilatlardan hesabat dövrü bitməmiş ödənişlər tələb edilərək dövlət büdcəsinə ödəniş adı altında toplanaraq maxinasiyalar sistemi qurmuşdur.
Yəqin ki, çoxlarının yaxşı yadında olar ki, cənab Prezident İlham Əliyev müşavirədə məhz sabiq nazirin korrupsiya əməllərini nəzərdə tutarq demişdir:
“Əvvəlki rəhbərlik tərəfindən buraxılmış kobud səhvlər ona gətirib çıxarmışdı ki, gələn illərin vergiləri yığılırdı, beləliklə, bir piramida yaradılırdı, sahibkarlar incidilirdi, onlara qarşı əsassız tələblər irəli sürülürdü. Vergi sahəsində özbaşınalıq hökm sürürdü. Bütün bunlara son qoyulmalı idi və son qoyuldu”.
Cənab Prezidentin müşavirədə dediyi öncədən ödəmə-korrupsiya piramidasının müəllifi, sabiq nazir Fazil Məmmədovun “qara kassir”i Elməddin Süleymanov idi.
Bəli, Fazil Məmmədovun əməllərinə son qoyuldu.
Amma ən təəccüblüsü odur ki, Elməddin Süleymanovun vəzifəsi böyüməyə başladı.
Belə ki, Elməddin Süleymanov hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinin rəisidir.
Görəsən, köhnə rüşvətxor, maxinator Elməddin Süleymanov yeni islahatçı komanda ilə necə işləyə bilir?
Axı, Elməddin Süleymanov yenə köhnə əməllərindən qalmır.
Belə ki, hazırda Vergi Dövlət Xidmətində kadr məsələlərinə baxan, daha doğrusu, İnsan Resursları İdarəsinin rəisi olan Elməddin Süleymanov Ərazi vergilər idarəsində çalışan inspektorları şəhər ərazisində yerləşən idarələrə “perevod” etmək üçün özünün öncədən “tarif”lərini müəyyən edib. Yəni, vəzifəsini dəyişmək istəyən inspektorlar mütləq Elməddinə öncədən “ödəniş” etməlidirlər.
Bundan əlavə olaraq Elməddin Süleymanov az qala Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin səlahiyyətlərini də ələ keçirib.
Belə ki, Vergi xidmətinə imtahansız işə düzəlmək üçün Elməddin Süleymanovun müəyyən etdiyi “tarifi” ödəmək kifayət edər.
Görəsən, Elməddin Süleymanovun bu qara əməllərindən Dövlət vergi Xidmətinin rəisi, hörmətli Orxan Nəzərlinin xəbəri varmı ?
Axı, Elməddin Süleymanov kimilərin əməlləri islahatçı nazir kimi tanınan, hörmətli Mikayıl Cabbarovun komandasını iş prinsiplərinə uyğun deyil. Və Elməddin Süleymanov bu komandadan uzaqlaşdırılmalıdır.
Biz hələ Elməddin Süleymanovun dövlət məmuruna yaraşmayan özəl həyatından bəhs etmirik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.