Teref.az yazır ki, müstəqil araşdırmaçı jurnalist Cənil Məmmədli Qubada baş verən ölüm hadisəsini araşdırıb. Araşdırmanı təqdim edirik:
“14 saylı yol-istismar idarəsində baş verən ölüm hadisəsinin videosu yayılıb.
Videodan görünür ki, idarənin yük maşınlarından biri, maşını arxaya verərkən, işçilərdən birini vurur.
Qəza zamanı həyatını itirən şəxs Mövludov Cəmşid Mehdi oğludur.
Qeyd edək ki, adıçəkilən təşkilatın Quba rayon icra başçısı Ziyəddin Əliyevin nəzarətində olduğu söylənilir.
Belə ki, 14 saylı yol-istismar idarəsinin qeyri-rəsmi rəhbəri icra başçısının bacısı oğlu Azad, müavini isə oğlu Rəşad Əlibəylidir…
Cəmil Məmmədli”
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az