Cəmiyyət

Ziyəddin Əliyev bu dəfə CANINI QURTARA BİLMƏYƏCƏK… – Görünəni budur…

Qubanın icra başçısı Ziyəddin Əliyev yenidən qalmaqallı hadisədə ittiham olunur. Araşdırmaçı-jurnalist Cəmil Məmmədli youtube kanalında Ziyəddin Əliyevin nəzarətində olduği iddia olunan 14 saylı yol-istismar idarəsində baş verən ölüm hadisəsinin videosu yayıb.

Videodan görünür ki, idarənin yük maşınlarından biri, maşını arxaya verərkən, işçilərdən birini vurur. Qəza zamanı həyatını itirən şəxs Mövludov Cəmşid Mehdi oğludur. Qeyd edək ki, adıçəkilən təşkilatın Quba rayon icra başçısı Ziyəddin Əliyevin nəzarətində olduğu söylənilir. Belə ki, 14 saylı yol-istismar idarəsinin qeyri-rəsmi rəhbəri icra başçısının bacısı oğlu Azad, müavini isə oğlu Rəşad Əlibəylidir.

Zirveyolu.info 24saat.org-a istinadən həmin videonu təqdim edir:

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir