Abşeron rayon icra hakimiyyətində kadr islahatları aparılır.
“Unikal”-ın əldə etdiyi məlumata görə Abşeron rayonunun icra başçısı Abdin Fərzəliyev müavini İlham Quliyevi tutduğu vəzifədən azad edib.
Bununla yanaşı, A. Fərzəliyev köməkçisi Fuad Xəlilovu , Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afaq Həsənovanı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçiləri Elgün İsgəndərov və Mirqasım Mirişlini də işdən çıxarıb.