Cəmiyyət

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6113 yeni yoluxma faktı qeydə alınıb, 3 267 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

02 Fevral 2022-ci il tarixində 6620 yoluxma faktı və 21 ölüm qeydə alındığı açıqlanmışdı. 03 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (6620) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 436 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 080, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 921, buster doza üzrə vaksinasiya olunanların sayı isə 33 435 nəfərdir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir