Dünya

Sərhəddə GƏRGİNLİK: Gürcü polisi vətəndaşımıza ana söyüşü söyüb, döydü

Gürcüstan-Azərbaycan sərhədində Azərbaycan vətəndaşı gürcü polisləri tərəfindən döyülüb. B

Zirveyolu.info xəbər verir ki, bu barədə oxu24.com saytına döyülən Azərbaycan vətəndaşı Habil Mahir oğlu Qəmbərov özü məlumat verib. Vətəndaş bildirib ki, 20 iyul 2019 tarixində 23:30 Bakı – Marneuli avtobus reysi ilə yaşlı nənəsini ziyarət məqsədi ilə 1-2 günlük Gürcüstana səyahət üçün bilet alıb.Gürcüstan-Azərbaycan Sərhəd keçid məntəqəsində gürcüstan polis əməkdaşlarının əhaliyə kobudcasına müraciəti vətəndaşlarda narazılığa səbəb olub.Bu zaman yaranmış narazılıq zamanı gürcü polisi Azərbaycan vətəndaşlarına fiziki güc tətbiq edib. Hətta vətəndaşı küçə söyüşləri ilə təhqir edib. Habil Qəmbərovun müraciətini olduğu kimi təqdim edirik:

“İllərdi belə vəziyyətin şahidi olan insanlar isə bəzən deyinir bəzən qışıqırır sərt reaksiya verirdilər baş verənlərə. 1 saatdan çox sırada gözləyirəm ki, gürcü polislərindən bir neçəsi insanların üstünə şığıyıb çəkdikləri qirmizi xəttdən insanları geriyə itələməyə başladılar. Sirada duran uşaq qadın bu itələkdə əziləndə, etirazlar səsləndi , məndə etirazımı bildirdim və polislərdən biri bu sırada gürcücə ” şeni deda …. ” deyə qışqırdı. Bilməyənlər üçün deyim ki gürcücə ana söyüşüdür. Mən rus dilində qişqirdim ki, sənin bizi, məni söyməyə ixtiyarın yoxdu, vətəndaşa hörmət elə, Azərbaycan tərəfdəki kimi ” ziq – zaq formalı keçid düzəldin insanlar minməsin bir birinin belinə”. Cavabında isə mənə əvvəlcə 1i sonra 2si sonra içəridən də çıxan 2-3 nəfər gürcücə ” modi – modi ” ( gəl bura gəl ) qışqırmağa başladılar. Mən isə 1 saatdı sirada durduğumu nəyəsə baxmağa görə ora gəlməyəcəyimi, 5 dəqiqəyə siramin çatacağını və məni gözləmələrini dedim. Bunu demişdim ki , gürcü polsilər insanların üstünə şığıyıb arvad uşaq demədən qabağına keçəni sağa sola itələyib üstümə yeriməyə başladılar. Bizim qara camaat isə sanki olacaqları əvvəlcədən görüblərmiş kimi bilirlərmiş kimi mənim qoluma girib məni dala çəkməyə başladılar, məni özünə çəkən 5 polis və 10 larla adamın arasında dartınırdım ki, mənim qollarıma girib içəri otağa tərəf sürüməyə dartmağa başladılar. Koridoru sağa otağa tərəf dönən kimi, adamların gözündən uzaq olduğumu bilən kimi arxadan 1 yumruq başıma dəydi, şillə təpik vurub içəri koridora sürüyüb bir yumruq da vuranda mən yıxıldım, başım divara deydi, yerdə əlimlə üzümü başımı zərbələrdən qorumağa çalışırdım. İçlərindən biri ayaqqabisinin ucu ilə başımdan gicgahdan təpik vurdu. Müəyyən müddət özümdə olmadım bir onu bilirəm ki 30-40 bəlkə də çox təpik yumruq vura vura içlərindəki ağ köynəkli birini göstərib rusca ” şef poliçiyamızın üstünə qışqırıb ona ağıl verirsən ki, ziq zaq keçid qoy, xoşun gəlmir get ölkəvə.. ” deyə qışqırırdılar. Həmin ağ köynəkli də yaxınlaşıb üzümə şillə vurdu, o birilər də elə bil bu hərəkətdən cuşa gəlib yenə məni vurmağa başladılar. Sakitləşib məni yan otağa apardılar burda 10-15 dəq oturdum biri içəri keçib çölə çıxmağımı istədi. Çölə çıxıb pasportuma möhür vursunlar deyə polisə yaxınlaşdım. İçəridə özümüzünkülər xalalar mənə su uzadır, biri üstümün tozunu torpağını təmizləyir, qayğıma qalmağa başladılar, mox sağolsunlar, hər birinin əlindən öpürəm, minnətdaram, kişilər isə 112 yə zəng edib şikayət etməyimi məsləhət görürdülər. Pasportum yoxlanıldıqdan sonra çöldə kənara çəkilib bir yerdə oturdum. Başım fırlanırdı. Özümü Gürcüstanda təhlükəsiz şəraitdə hiss etmirdim və qısa müddətdə geri ölkəmə keçməyə qərar verdim. Gürcü tərəfində hər yanda olan kameralar mənim sözlərimin düzgünlüyünün sübutu, orada mənimlə birlikdə sirada gözləyən onlarla insan isə hadisələrin şahidləridirlər. Azərbaycan tərəfə keçər keçməz Azərbaycan 102 qaynar xəttinə yığaraq hadisəni danışdım, mənə polisin bu məslədə kömək edə bilməyəcəyini, xarici işlər nazirliyinə müraciət etməyimi məsləhət gördülər. Özümü çox halsız hiss etdiyim üçün sərhədçilərimizə yaxınlaşaraq özümü bu tərəfdə təhlükədə hiss etdiyimi bildirdim. Qısa bir vaxt ərzində məni içəri keçirdərək ən yuxarı səviyyədə zabitlərimiz tərəfindən qəbul etdilər. Sağolsunlar, mənə ilkin müayinə etdilər, vəziyyətə hal olub, ən üst instansiyaları məlumatlandırıb , məni dinlədilər. 3 saata yaxın özümə gəlməyim üçün məni qəbulunda saxlayaraq kömək edən bütün zabit gizir heyyətimizə təşəkkürümü bildirirəm. Hal hazırda mən evimdəyəm, qayıtmışam. Çox məyusam , özümü təkcə döyülmüş deyil mənəvi cəhətdən də böyük zərbə vurulmuş biri kimi hiss edirəm.
Müraciətim Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev başda olmaqla, Xarici İşlər Nazirliyi, Ombudsman , Hüquq və azadlıqlar uğrunda mübarizə aparan bütün yerli və beynəlxalq təşkilatlar, əlini mənəviyyatina qoymuş bütün Azərbaycan vətəndaşlarınadır. Jurnalisti vəkili turizmçisi siyasətçisi ticarətçisi hər kəsədir. Mənə vurulan hər bir zərbənin Azərbaycan qazı ilə, iqtisadi yatırımları ilə, nəhəng layihələri ilə, turisti ilə iqtisadiyyatını ayaqda tutan Azərbaycana, vətəndaşına dəyən zərbədir. Aylardı, illərdi həmin sərhədi qarşı tərədə keçmək üçün gedən hər bir soydaşımızın körpələrin o Gürcü polisinin özbaşnalığından çəkdiyi əziyyəti durdurmaq üçün qarşı tərəfə “qulaqburma” etmək vicdanı olan hər birimizin vətəndaşlıq borcudur.
Tur agentliklərin Gürcüstana təşkil etdikləri turları alternativ yerlərlə öz diyarımızın gəzməli görməli yerlərini kəşf etməklə başqa variantlarla əvəzləşdirməsini xahiş edirəm.
Gürcüstana səyahətə getməyi planlaşdıran vətəndaşlarımızın planlarında dəyişiklik etməyini və Gürcüstan tərəfinin səhvini başa düşənə qədər Gürcüstan iqtisadiyyatına 1 qəpik belə xeyir verməməyə dəvət edirəm.
Gürcüstan prezidenti başda olmaqla ən üst instansiyalar səviyyəsində Gürcü polisinin hamiya ithafən dediyi ana söyüşünə görə üzr istənilməsini, mənə vurulmuş zərbələrə görə günahkarların maddi və mənəvi zərərə görə hər birinin 5000 azn dəyərində təzminat pulu ödəməsinə, rəsmi üzr istəmələrini, işdən uzaqlaşdırılmasına və ömürlük dövlət işində işləmək hüquqlarının əllərindən alınmasının təmin edilməsini tələb edirəm.
Əldə olunmuş təzminatı xeyriyyə məqsədli istifadə edəcəyimə söz verirəm.
Bu gün mənə dəymiş hər zərbə , ünvanıma deyilmiş hər bir təhqir tək mənə yönəlmiş deyil, şərəfli bütöv Dünya Azərbaycanlılarının hüquqlarına uzadılmış alçaq əldir, hansı ki Biz bir olub əlbir olub bu əli dibindən 1 dəfəlik qırıb atmalıyıq.
Göstərdiyiniz sağduyunuza görə hər birinizə tək tək təşəkkür edirəm.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir