Xəbər verdiyimiz kimi, özünü “İctimai Nəzarət Koalisiyası” İctimai Birliyinin sədri kimi təqdim edən Rasim Məmmədov həbs edilib.
AMİA.AZ xəbər verir ki, onun haqqında bir qədər axtarış verdikdə bir neçə il öncə 55 illik yubileyi münasibəti ilə təşkil etdiyi məclisin görüntüləri qarşımıza çıxdı.
Həmin məclisdə ölkənin tanınmış ictimai xadimətləri, yazıçılar, şairlər, xalq artistləri, müğənnilər iştirak ediblər. Onların arasında Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Flora Kərimova, Niyammədin Musayev, tarzən Ramiz Quliyev, müğənni Sevda Kazımova da olub.
Maraqlı məqam odur ki, məclisin görüntülərini izləyən sosial şəbəkə istifadəçiləri Rasim Məmmədov barəsində heç də xoş fikirlər yazmayıblar. Əksər izləyici şərhlərində Rasim Məmmədov tərif və xoş sözlərə layiq olmayan bir şəxs olaraq qeyd olunur. Məlumat üçün bildirək ki, Daxili İşlər Nazirliyi Rasim Məmmədovun saxlanılması ilə bağlı açıqlamasında qeyd edib ki, o 2021-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yerləşən “Azmetal” MMC-yə gələrək heç bir əsaslı səbəb olmadan oranın direktor müavini Ramiz Hüseynovun ünvanına nalayiq söyüşlər söyərək çölə çıxmasını tələb edib. R. Hüseynov həyətə düşdükdən sonra R.Məmmədov təkrar olaraq onun ünvanına nalayiq ifadələr işlədib və əlindəki mobil telefonla MMC-nin anbardarı Sabir İsmayılovun baş nahiyəsinə 3 dəfə zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri edib.
AMİA.AZ Rasim Məmmədovun yubiley məclisindən görüntüləri təqdim edir: