Cəmiyyət

Cavid Qurbanov da GEDİR… – İDDİA

Həm “Azərbaycan Dəmir Yolları” QSC-nin və həm də AZAL-ın da rəhbərliyində dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbə informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, gələn həftə bu dəyişikliklərdən növbətisi – Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyindən alınması gözlənilir.

Qeyd edək ki, dünən SOCAR-ın rəhbəri Rövnəq Abdullayev vəzifəsindən azad edilərək İqtisadiyyat nazirinin müavini təyin olunub.

Mənbə dia.az-a bildirir ki, Rövnəq Abdullayevidən fərqli olaraq Cavid Qurbanovun təkrar etimada layiq görülməsi gözlənilmir:

“Camaat onun həbsini gözləyir… Nə yeni vəzifə?”

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq…

DİA.AZ

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir