Manşet Təhsil

Ədalət Muradov vəzifəli şəxsin oğlunu direktor təyin etdi – FOTO

Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinə yeni direktor təyin edilib. Zirveyolu.info xəbər verir ki, manşet.az-ın əldə etdiyi məlumata görə, rektor Ədalət Muradovun müvafiq əmri ilə Universitetin Karyera Mərkəzinin direktoru Sənan Vəkil oğlu Həsənov təyin edilib.
Bildirək ki, yeni direktorun atası Vəkil Həsənov da Azərbaycan Dövlət İqtisad Universitetində çalışır, o, tarix kafedrasının müdiridir.

Ədalət Muradov vəzifəli şəxsin oğlunu direktor təyin etdi

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinin əvvəlki direktoru Ramil Cabbarov bir müddət bundan əvvəl Gənclər və İdman nazirinin müşaviri təyin edilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir