Siyasət

“Baku Electronics”dən alınan saat ZAY ÇIXDI – “Pulum geri verilsin”

 

“Mən 2021-ci ili dekabrın 31-də “Baku Electronics”in Azadlıq filialından uşaq üçün smart saatı aldım. Qiyməti 99 manat idi. 2022-ci il fevralın 1-də saatın işləmədiyini aşkar etdim. Əvvəlcə SİM kartda problem olduğunu düşündüm və NAR mobil operatoruna müraciət edərək SİM kartı yoxladılar və SİM kartın qaydasında olduğunu təsdiq etdilər. Ən sonda anladım ki, problem saatın özündədir”.

Zirveyolu.info  xəbər verir ki, bu sözləri Lent.az-a “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov deyib.

“Baku Electronics”dən şikayətçi olan AİB sədri bildirir ki, məsələ ilə bağlı dəfələrlə mağazaya yaxınlaşsa da, heç bir yardım edilməyib:

“Fevralın 3-də “Baku Electronics” Azadlıq filialına müraciət etdim, bildirdim ki smart saatı tam istifadə edə bilmirəm səbəb isə cihazın IMEI nömrəsinin qeydiyyatdan keçirilməməsidir. Füzuli adında menecer-koordinator məni dinlədi. Sonra şəxsiyyət vəsiqəmi, alqı-satqı qəbzi, zəmanət talonun şəklini mobil telefonuna çəkdi, və dedi ki, narahat olmayın 3-4 gündən sonra uşağınız saatı istifadə edə biləcək. Bu danışıqdan sonra dəfələrlə müraciət etdim, amma geri dönüş almadım. Artıq üstündən neçə gün keçib, hələ də heç kim mənimlə əlaqə saxlamayıb.

Xahiş edirəm mənim istehlakçı hüquqlarımın təmənnasız qorunmasına köməklik edəsiniz satış şəbəkəsinə inamım tam itdiyi üçün, saat qaytarılsın, ödədiyim 99 AZN mənə geri verilsin”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir