Yaxın dəqiqələrdə Abşeron rayonunda səs-küylü həbslər olur.
Zirveyolu.info xəbər verir ki, şahidlərin Musavat.com-a bildirdiyinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər. Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanılıb. Onları xüsusi avtomobillərə əyləşdirib, aparıblar.
Əlavə məlumat verməyə çalışacağıq.