Tunis prezidenti Əl-Baci Qaid əs-Səbsi xəstəxanaya yerləşdirilib.
Zirveyolu.info Qaynarinfo-ya istinadan xəbər verir ki, ölkə rəhbəri özünü qəfil pis hiss etdiyi üçün səhiyyə müəssisəsinə aparılıb.
Qeyd edək ki, 2014-cü ildən bəri Tunisə rəhbərlik edən Əl-Baci Qaid əs-Səbsinin 92 yaşı var. O, ötən ay da xəstəxanaya aparılmış, ölüm xəbəri yayılmışdı.